Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi RƏSMİ
Icma.az bildirir, Bakupost portalına istinadən.
Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub.
Həmçinin o, mahnını "YouTube"da yunan dilində "Hara gedir" adı altında yayıb.
"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın "YouTube" platformasında yaydığı mahnı silinib", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:"Johnson&Johnson" uşaq pudrasından ölən qadın məhkəməni uddu MİLYARDLIQ TƏZMİNAT
08 Oktyabr 2025 15:11
S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ
07 Dekabr 2024 10:00
Baxış sayı:125
Bu xəbər 23 İyun 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















