Icma.az
close
up
RU
Ermənilərin öldürmək istədiyi Xalq artisti Ramiz Əzizbəyli kimdir?

Ermənilərin öldürmək istədiyi Xalq artisti Ramiz Əzizbəyli kimdir?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür.

Kulis.az aktyor haqqında maraqlı faktları təqdim edir.

Ramiz Hacı Ağa oğlu 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Ramiz Əzizbəylinin atası Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub. Bəy nəslinin, böyük var-dövlətin yeganə varisi olan atası Hacı Ağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini "Yasin" oxumaqla dolandırıb.

10 yaşı olanda atası dünyasını dəyişir. Ailənin kiçiyi olduğu üçün anası və bacısı ona hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub.

***

Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən - 9 yaşından başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayır. Hətta adına müvəqqəti əmək kitabçası da açılır. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olur. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla göndərirmişlər.

***

1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunur. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə edirlər.

Televiziyadakı, kinostudiyadakı işindən əlavə, "Bənövşə" uşaq xorunda, 26-lar adına Mədəniyyət Evində, indiki T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dram dərnəklərinin üzvü olub. O vaxt onunla birgə dram dərnəklərində olanlar Ramiz Əzizbəylinin həvəsinə aktyorluq sənətini seçib görkəmli sənətkarlara çevrildilər. Xalq artisti Həsənağa Turabov bu barədə etiraf edir: “Mən başqa sənətin dalınca gedəcəkdim, bax, bu Ramizə baxıb aktyorluğu seçdim”.

***

Məktəbi bitirəndən sonra sənədlərini İncəsənət Universitetinə versə də, ixtisas fənnindən kəsilir. Bu məsələ onu çox sarsıdır. Könüllü əsgər getməyi qərara alır. Tiflisdə hərbi tibb məktəbi əla qiymətlərlə bitirəndən sonra təyinatla Ermənistanın Leninakan şəhərinə yollanır. Oranın tibbi-sanitar hissəsinin baş tibbi təlimatçısı işdən çıxdığı üçün onu bu vəzifəyə təyin edirlər.

Ramiz Əzizbəyli səkkiz ay bu vəzifədə işləyir. Ermənilərin isə onu gözü götürmür. Hətta onu öldürmək istəyirlər. Bu barədə müsahibələrinin birində deyir: “Ermənilər qorxurdular ki, oradakı azərbaycanlılar birləşib bir qüvvəyə çevrilərlər. Hərbi hissədə Qubadan olan bir əsgər də var idi. Bir gün o, möhkəm sancılandı. Başa düşdüm ki, təcili əməliyyat olunmalıdır. Mərkəzi xəstəxanaya çatdırmaq üçün raport yazıb icazə istəməyə vaxt qalmamışdı, ölə bilərdi. Onda maşını icazəsiz götürüb oğlanı xəstəxanaya çatdırdım. Məni həm mükafatlandırdılar, növbədənkənar məzuniyyət verdilər, həm də cəzalandırdılar - məzuniyyətdən qayıdandan sonra 72 saat nəm sementin üstündə yatmalı oldum. Səbəb kimi də maşını icazəsiz götürməyimi göstərdilər. Əslində isə bu, bəhanədən başqa bir şey deyildi. Onları qıcıqlandıran o idi ki, bir azərbaycanlı o birini xilas edib”.

***

Bundan sonra kinostudiyada fəhlə kimi işə başlayır. Növbəti cəhddə Ramiz Əzizbəyli M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil almağa başlayır. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərir. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub.

Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb.

***

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edir.

***

2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər.

Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb.

***

"Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı olan Ramiz Əzizbəyli Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmaqdan savayı, ictimai işlərlə də məşğul olub.

***

Yazıçılar Birliyinin üzvü idi. 2010-cu ildə "Cızma-qaralar" adlı bədii yaradıcılıq toplusu işıq üzü görüb.

Rejissorun iki qızı var. Qızı Xədicə xanımı o, yaxın dostu olan Rasim Balayevin baldızının oğluna verib. Lakin Xədicənin ailə həyatı alınmır və həyat yoldaşından ayrılır. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdır. O, Rasim Balayevdən küsür və ömrünün sonuna qədər onu bağışlamır.

***

Ramiz Əzizbəyli yaxın dostu Afaq Bəşirqızından da incik idi. Bu haqda o, müsahibələrinin birində deyir: “Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib “Bəxt üzüyü - 2” çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa”.

Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür edirmiş. Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyir: “Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.

***

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. İnfarkt keçirdiyi açıqlanmışdı.

***

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı "Polis müharibələri"nin aktyoru vəfat etdi Məşhur aktrisa dünyasını dəyişdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri