Nurlan Əzizbəyli efirdə hönkürüb AĞLADI VİDEO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Mərhum xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin süni intellekt vasitəsilə hazırlanmış görüntüsü televiziya efirində nümayiş olunub və duyğusal anlara səbəb olub.
Milli.Az xəbər verir ki, proqram zamanı aktyorun ailə üzvləri də studiyada iştirak edib. Onun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli süni intellektlə canlandırılan səslə, görüntünü izləyərkən göz yaşlarını saxlaya bilməyib. Sənətçi efirdə hönkür-hönkür ağlayaraq əmisi ilə bağlı xatirələrini bölüşüb.
Nurlan Əzizbəyli bildirib ki, Ramiz Əzizbəyli onun həyatında və sənət yolunda xüsusi yer tutub və hər zaman onunla fəxr edib. Süni intellekt vasitəsilə hazırlanan görüntünün onun üçün təsirli olduğunu vurğulayıb.
Studiyada yaşanan kövrək anlar tamaşaçıları da duyğulandırıb. Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən geniş paylaşılıb və mərhum aktyorun xatirəsi bir daha ehtiramla yad edilib.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















