Icma.az
close
up
RU
Ermənilərin Qarabağdan köçü dərslikdə qalmaqal

Ermənilərin Qarabağdan köçü dərslikdə qalmaqal

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Şahramanyan həyasızcasına nazirliyi məhkəməyə verir - mütəxəssislərdən şillə kimi cavablar 

Keçmiş qondarma “DQR” rəhbəri Samvel Şahramanyan yenidən gündəmə gəlib. O, ötən ilin sentyabrında imzaladığı “fərman”ı indi açıq şəkildə inkar edir və həmin faktın Ermənistanın IX sinif “Ermənistan tarixi” dərsliyinə salınmasına görə məhkəmə iddiası qaldıracağını bəyan edib.

Şahramanyanın vəkili Roman Yeritsyanın sözlərinə görə, dərsliyin müəllifləri, eləcə də Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və məsul qurumlar məhkəmədə cavab verməli olacaqlar. Vəkil bildirib ki, kitabda “böhtan xarakterli” məlumatlar yer alıb və onların təkzib edilməsi tələb olunacaq.

Halbuki reallıq tamamilə fərqlidir. 2023-cü ilin sentyabrında məhz Şahramanyanın imzaladığı sənəd separatçı qurumun özünü buraxdığını rəsmiləşdirmiş və Qarabağdakı erməni əhalinin könüllü şəkildə bölgəni tərk etməsinə yol açmışdı. Bu addım bütün dünyada fakt kimi qəbul edilib. İndi həmin sənədi inkar etməsi, üstəlik, dərslik müəlliflərini məhkəməyə vermək istəyi həm ictimaiyyət, həm də ekspertlər tərəfindən gülünc sayılır.

Maraqlıdır ki, dərslikdəki məlumatların Paşinyanın mövqeyinə uyğunlaşdırıldığı da diqqətdən yayınmır. Ermənistan baş naziri indiyədək heç vaxt “Qarabağdan ermənilərin qovulması” ifadəsini işlətməyib, əksinə, köçü könüllü qərar kimi təqdim edib. Görünür, dərslik müəllifləri də məhz rəsmi hökumət xəttini izləyiblər.

Bu qalmaqal bir sualı gündəmə gətirir: separatçılar nə istəyirlər? Onlar hələ də tarixdə özlərinə “məsum obrazı” qazandırmaq və gələcək nəsillərə “məcburi köçkün” kimi təqdim olunmaq üçün mübarizə aparırlar. Əslində isə hadisələrin gedişi göstərir ki, Qarabağdan ermənilərin köçü nə hərbi əməliyyatların nəticəsi, nə də “etnik təmizləmə”nin məhsulu olub - bu, siyasi dalana dirənmiş separatçı rejimin özünün imzası ilə rəsmiləşdirilmiş könüllü çıxış idi.

Belə olan halda, dərsliklərdə həqiqətin necə yazılması Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Amma bu qalmaqal Ermənistan cəmiyyətində hələ də böyük çaşqınlığın hökm sürdüyünü, keçmişin saxta miflərinin isə gələcək nəsillərə ötürülməsi uğrunda gizli mübarizənin davam etdiyini açıq şəkildə göstərir.


Mövzu ilə bağlı Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, Şahramanyan bu fikirləri ötən gün səsləndirib: “Ermənistanda Azadlıq meydanında böyük bir mitinq təşkil olunmuşdu və oraya Paşinyan hakimiyyətinə müxalif olanlar, Qarabağdan könüllü gedən ermənilərin nümayəndələri toplaşmışdı. Şahramanyan mitinqdən sonra keçirilən birifinqdə bildirdi ki, guya 2023-cü ilin sentyabrında sənədi  məcbur qalıb imzalayıb. Bu məcburiyyəti isə onunla əsaslandırdı ki, Qarabağdakı erməni hərbçilərin və digərlərinin həyatını guya xilas etmək istəyirmiş. Buna görə də qondarma rejimin buraxıldığını elan edən sənədə imza atıb. O, ardınca əlavə edir ki, həmin sənədi imzaladıqdan bir həftə sonra Ermənistanda rejimin bərpa edilməsi ilə bağlı yeni sərəncam imzalayıb, lakin o qüvvədən düşmüş hesab olunub. Paşinyan hakimiyyəti bu sərəncamı dəstəkləməyib və əvvəlki qərar qüvvədə qalıb.  

Bu mitinqdən sonra Ermənistanda Qarabağ mövzusunu yenidən gündəmə gətirib qızışdırıcı hərəkətlər etməyə çalışırlar. Hətta İsveçrədə də Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı sənədin qəbul olunması gözlənilir. Mənə elə gəlir ki, Qarabağ məsələsini bu cür meyillərlə ortaya qoyacaqlar və separatçılığa başlayacaqlar. Qarabağa ermənilərin geri dönüşü ilə bağlı Ermənistan hakimiyyəti özünü kənarda saxlasa da, alt qatlarda belə təşəbbüslərə dəstək verilir. Bu hərəkat açıq separatizmdir və gizli deyil. Ərazilərimizə qarşı yeni bir iddia dalğası hazırlanır, buna hazır olmalıyıq".

Q.Çaxmaqlı bildirir ki, Azərbaycan bütün platformalarda bu məsələni önə çəkməli, Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir: “Bu məsələnin üzərinə ciddi şəkildə getmək lazımdır. Gələcəkdə ağlagəlməz təhlükəyə çevrilə bilər. Ermənilərin Qarabağda həmişə gözü olub və bundan vaz keçmək istəmirlər. Buna görə də zamanla separatizm təhülkəsi yarana bilər. Şahramanyan adi bir fiqurdur.Onun arxasında Qarabağ klanı -  Səkisyan, Köçəryan kimilər, hətta terroru istisna etməyən bəzi qüvvələr dayanıb. Onların arasında ASALA terrorçuları və digərləri də var”.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti Boran Əziz də mövzu ilə bağlı şərh verib: “Azərbaycan hərbi cəhətdən güclü olmalıdır. Ermənistanla müqavilə imzalansa belə, heç kim zəmanət verə bilməz ki, Ermənistanda separatizm baş qaldırmayacaq. Ermənistan xarici və böyük dövlətlərin təhriki ilə bizə qarşı yenidən ərazi iddiası qaldıra bilər. Doğrudur, Nikol Paşinyan sülhə sadiq olduğunu deyir, lakin ehtiyatı əldən vermək olmaz. Dünyanın çalxalandığı və Yalta konfransından sonra formalaşmış qanunların nəzərə alınmadığı, təhlükəsizlik arxitekturasının çökdüyü bir dövrdə bizim tədbirli olmağımız olduqca zəruridir. İranın və Rusiyanın irticaçı dairələri Qarabağ klanını qızışdırıb xoşagəlmıəz vəziyyət yarada bilərlər. Bu baxımdan biz daima ayıq olub, olara cavab verməliyik”.   

Qeyd edək ki, Serj Sərkisyanın Respublikaçılar Partiyasının açıqlama verərək, bu ilin avqust ayında imzalanan Vaşinqton deklarasiyasını geosiyasi avantüra adlandırması, Ermənistanın maraqlarını qorumadığını bildirməsi, sənədin ölkənin suverenliyini təhdid etməsi, Qarabağ ermənilərinin hüquqlarının pozulması kimi şərh edilməsi də revanşizmin təzahürləridir. Bu siyasi qüvvə sülhün imzalanmasında maraqlı deyil və ölkənin inkişafını, Azərbaycanla münasibətlərin normallaşmasını qəti şəkildə istəmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri