Icma.az
close
up
RU
Ermənipərəstlikdə “dini təəssübkeşlik”

Ermənipərəstlikdə “dini təəssübkeşlik”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud erməni lobbisinin Xristian aləmini Azərbaycana qarşı körükləmək cəhdi

ABŞ-dakı bəzi media vasitələrinin Azərbaycana qarşı qərəzli mövqe tutduqlarını bilirik. Bu cür yarıtmaz fəaliyyəti ilə seçilənlər içərisində ölkənin tanınmış nəşrlərinin mövcudluğunu da həmçinin. İndi, onların sırasına “Christian Post” onlayn qəzeti də qoşulub. Hərçənd, nəşrin fəaliyyətində, bu, yenilik sayılmamalıdır. Çünki media orqanının anti-Azərbaycan fəaliyyətinə dair başqa faktlar da var və yazımıza onları diqqətə çatdırmaqla başlayaq.

Beləliklə, “Christian Post” ötən ilin sentyabrında “Ermənistan Azərbaycandan tələb etməlidir ki, Dağlıq Qarabağdakı kilsələrinə hücumu dayandırsın” başlıqlı məqalə yayımlamışdı. Hiss olunmuşdu ki, media orqanının anti-Azərbaycan dəst-xəttinə ermənipərəstlik ritorikası hakimdir. Onun hay təəssübünü sübuta yetirən daha bir məqam isə nəşrdə bu ilin fevralında yer almış “Erməni kilsəsi İsraildən Qüdsdəki 1700 illik mülkün müsadirəsini dayandırmasını istəyir” sərlövhəli yazıdır.

Əlqərəz, “Christian Post”un Azərbaycana qarşı qərəzi bütün əndazələri aşıb. Nəşrdə yeni yayımlanmış məqalə bunu söyləməyə əsas verir. “ABŞ-ın Azərbaycanı xristianların təqibinə görə məsuliyyətə cəlb etməsinin vaxtının çatdığı”nın iddia olunduğu məqalədə nələrdən söz açıldığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə bir məsələnin üzərində dayanaq.

Məlumdur ki, Birləşmiş Ştatların yeni administrasiyası fəaliyyətində ənənəvi dəyərlərin qorunmasını rəhbər tutur. Bu dəyərlər sırasında isə xristianlıq ön plandadır. Tramp dindar olmasa da, xristian dini ehkamlarının təbliğatçısı rolunda çıxış edir ki, bu da onun rəhbərlik etdiyi komandanın ümumən baxışlar sisteminə təsir göstərir. ABŞ-dakı ermənipərəstlər isə özlərinin anti-Azərbaycan fəaliyyətlərində məhz bu həssaslığın üzərinə siyasi sərmayə yatırmağa çalışırlar. Ermənistan iqtidarı da eyni yolu tutur. Əlbəttə, bir qədər fərqli formada.

Diqqət yetirək, baş nazir Nikol Paşinyan Prezident D.Tramp vəzifə səlahiyyətlərinin icrasına başlar-başlamaz, daha doğrusu, bu ilin fevralında ABŞ-a səfər gerçəkləşdirdi. Səfərin məqsədi Birləşmiş Ştatlarda düzənlənən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində iştirak idi. Nikol toplantıda Ermənistanın xristian dini bağlılığını əməlli-başlı reklam etmişdi.

Paşinyan dini sammitdəki çıxışında bildirmişdi ki, demokratiyanı dini etiqad azadlığı olmadan təsəvvürə gətirmək çətindir. Ardınca isə o, Ermənistanı, guya, canlı siyasi məşvərətə, müxtəlif insanlar və ölkələr, həmçinin sivilizasiyalar arasında dialoqa malik əsl demokratik ölkə kimi gördüyünü açıqlamışdı. Nikolun tədbirdə danışdığı nağıla görə, Ermənistanın ilk patriarxı Hor Virap adlı kahin olub. Virap dini yaydığı üçün təqibə məruz qalıbmış. Ancaq sonra erməni kralı qərara gəlib ki, xristianlıq ən yaxşı dindir. Erməni hara kral hara?!

Əlbəttə, bütün bunlar, o cümlədən Ermənistanın eramızın 301-ci ilində xristianlığı qəbul etməsinə dair Paşinyanın dilə gətirdiyi cəfəngiyyat rəsmi Vaşinqtonun diqqətini çəkmək məqsədini daşıyırdı. Amma görünən budur ki, hayların baş naziri D.Trampın xristian duyğularında Ermənistana yer tapmağa müvəffəq ola bilmədi və suyu süzülə-süzülə ölkəsinə qayıtdı. Üstəlik, Birləşmiş Ştatların dövlət başçısının Azərbaycan Prezidentinə Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubundakı səmimi ştrixlər, Vaşinqtonun Bakı ilə əməkdaşlığa həssas yanaşdığına dair fikirlər İrəvanın və xaricdəki havadarlarının “kürklərinə birə saldı”. Görünür, “Christian Post” məhz buna görə “işə düşüb”.

Bəli, sözügedən nəşr ermənipərəstliyində anti-Azərbaycan dəst-xəttin dozasını, necə deyərlər, kəllə-çarxa çıxarıb. Qəzet məqaləsinə başdan-ayağa uydurma, yalnız fantazıya xarakterli hadisənin təsviri ilə başlayıb. Sən demə, ölkəmizdə Vüsal adlı yeniyetmə məktəbə “İncil”lə getdiyi üçün sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülübmüş. Birincisi, sadə məntiqlə yanaşsaq, kimsə məktəbə dini kitabla getmir. İkincisi, məktəbdə bir şagird vəhşicəsinə döyülür və bu səhnə kənardan seyr edilir. Belə bir durum əsla mümkün deyil. O cümlədən “İncil” kitabının şagirdlər tərəfindən təhqiri.

Digər tərəfdən, bir anlıq düşünək ki, təsvir edilən olay həqiqətən baş verib. Məgər dünyanın bir çox yerlərində İslam dini ehkamlarına qarşı nalayiq yanaşmalar qeydə alınmır? Belə olduqda ABŞ cəza tədbiri görür və ya görmək səlahiyyətindədir? İkincisi, “Christian Post” kimi özünü ciddi sayan media orqanı hansı əsasla məktəbdə baş verdiyini iddia etdiyi hadisəyə, yəni mahiyyətcə yenityetmələr arasındakı insidentə görə, Azərbaycanda xristianlığın təqib olunduğunu bildirir? Bu, nə dərəcədə peşəkar yanaşmadır?

Bəli, bu məsələyə məhz qərəzli yanaşmadır ki, mövcud tendensiya “Christian Post”un məqaləsinin digər hissələrində də özünü göstərməkdədir. Belə ki, nəşrin materialında iddia olunur ki, guya, hesabatlarda Azərbaycanda təkcə 2023-cü ildə xristianlara və digər dini azlıqlara qarşı qorxunc zorakılıq səviyyəsi sənədləşdirilib. Görəsən, hansı hesabatlarda? Kimdir belə lakmus kağızlarını hazırlayıb yayanlar? Suallarımız ritorikdir. Ancaq nəşrin məqaləsində, loru dildə desək, xoruzun quyruğu görünüb və məlum olub ki, yeniyetmə ilə bağlı uydurulmuş saxta sentimental başlanğıc əsl “məqsədin” açıqlanmasına giriş məqsədi daşıyırmış.

Beləliklə, “Christian Post”un məqaləsində bildirilib ki, Azərbaycanın “Qarabağı hərbi yolla ələ keçirməsindən sonra” bölgədəki erməni xristian məskənlərinin dağıdılması ölkə hakimiyyətinin bu dinə qarşı total hücumunun bariz göstəricisidir. Sən demə, rəsmi Bakı kilsələri, qəbiristanlıqları və məktəbləri qəsdən zədələyir, dağıdır və bu, dini irsə qarşı sistematik təqibdir. Nəşrin daha bir uydurması isə budur ki, guya, xristianlara qarşı zorakılıq 2024-2025-ci illər arasında kəskin şəkildə artıb və bu səbəbdən minlərlə xristian inanclı evlərini tərk etmək məcburiyyətində qalıb.

“Christian Post”un məqaləsindəki növbəti cəfəng məqam Birləşmiş Ştatların Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının 2024-cü ilin mayında açıqladığı qərəzli hesabata istinaddır. Məlumdur ki, ABŞ-ın aşkar anti-Azərbaycan və ermənipərəst mövqe tutan sabiq administrasiyasının “sifarişi” əsasında hazırlanmış “hesabat” da ölkəmizdəki reallığı əks etdirə bilməz. O cümlədən sənəddə Azərbaycanın dini etiqad azadlığının kobud şəkildə pozulmasına görə “xüsusi narahatlıq doğuran ölkə” elan edilməsi.

Sonda bildirək ki, Azərbaycan əleyhinə belə primitiv, reallıqdan tam uzaq, sərsəm məqalələrin yayımlanması, habelə “Christian Post”un qərəzli təqdimatı təkcə ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının “işi” deyil. Bu, həm də Azərbaycanla barış müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən, özünü “sülh göyərçini” obrazında görən Ermənistan hakimiyyətinin həmin təşkilatlarla müştərək “fəaliyyətinin” nəticəsidir. Məqsəd məqalənin qayəsindən də göründüyü kimi, ABŞ-ın hazırkı administrasiyasının xristian təəssübkeşliyi damarına basmaqla, onun Azərbaycana xristianları təqibə məruz qoyan ölkə qismində yanaşmasına, yekun nəticədə Vaşinqtonun Bakıya təzyiq göstərməsinə nail olmaqdır. Ancaq hesab edirik ki, Tramp Administrasiyası bu sayaq bəsit oyun qurucularının əsl niyyətlərindən xəbərdardır. Buna görə tam əminliklə deyə bilərik ki, istər “Christian Post”, istərsə də sivil jurnalistika prinsiplərini alver predmetinə çevirən digər ABŞ nəşrlərinin təmənnalı erməni təəssübünə hesablanmış oyunbazlıqları heç bir fayda verməyəcək, verə də bilməz.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see259

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see233

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri