Icma.az
close
up
RU
Halhazırda Ermənistan sürətli şəkildə silahlandırılır ŞƏRH EDİLDİ

Halhazırda Ermənistan sürətli şəkildə silahlandırılır ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"Ermənistanın Azərbaycana qarşı yeni revanş istəkləri yeni məsələ deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan özünün havadarlarının vasitəsilə toparlanmağa çalışmaqla bərabər sülh prosesini uzatmaqla məşğuldur: "Bunun da əsas səbəbi ondan ibarətdir ki, hal-hazırda Ermənistan sürətli şəkildə silahlandırılır. Hindistan, Yunanıstan, Kipr, Fransa, o cümlədən İrandan alınan və imzalanan anlaşmalar Ermənistanın sürətlə silahlanmasına rəvac verən əsas amildir. İmzalanmış müqavilələrin dəyəri artıq bir neçə milyard dolları ötüb. Fransanın və Avropa İttifaqının marağı bölgədə yerləşmək, Rusiyanın sıxışdırılması və burada nüfuz dairəsini genişləndirməkdən ibarətdir. Məhz bu səbəbdən də Ermənistan sürətlə dəstəklənir.Avropa İttifaqını nəzərə alsaq ki, bölgədə "mülki" adlandırılan kəşfiyyatçılardan ibarət missiyası da fəaliyyət göstərir. Niyyət bundan ibarətdir ki, gələcəkdə bu missiyanı hərbi missiyaya çevirsinlər. Bununla paralel Fransanın hərbi bazası Ermənistanda yaradılsın. Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirmək üçün Ermənistana həm də kiçik uğur lazımdır. Belə ki, bu uğur həm Ermənistan hakimiyyətinin sürətlə aşağı düşən reytinqinin yüksəldilməsinə, eyni zamanda orduda müəyyən əhval-ruhiyyənin yüksəlməsinə və revanşist qüvvələrin güclənməsi, danışıqlar masasında əlverişli Ermənistan sülh şərtlərinin yaradılması niyyətini güdür. Son dövrlər xüsusilə də, sərhəd bölgəsində yeni hərbi hissələrin tikilməsi Fransız şirkətlərinin birbaşa iştirakı ilə tunel və istehkam mövqelərinin yaradılması da Ermənistanın niyyətindən xəbər verir. Təbii ki, Azərbaycan bunları diqqətli şəkildə izləyir. Azərbaycan bunların təhlükəsizliyinə artıq təhdid yaradacaq səviyyəyə gəldiyini görərsə, adekvat tədbirlər də görəcək. O baxımdan hal-hazırda Güney Qafqazda proseslər kifayət qədər ciddi məcrada davam etməkdədir".

Müəllif: Söylü Ağazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri