Icma.az
close
up
RU
Ermənistan atəşkəsi niyə pozmağa başlayıb? Sülhə kim mane olur? /TƏHLİL

Ermənistan atəşkəsi niyə pozmağa başlayıb? Sülhə kim mane olur? /TƏHLİL

Azpost saytına istinadən Icma.az xəbər verir.

Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Sülh gündəliyinin müzakirə edildiyi vaxt İrəvanın təxribatlara əl atması suallar yaradır: məqsəd nədir?

Ötən ilin noyabr ayında Polşa prezidenti Andjey Dudanın Arazdəyənə səfəri vaxtı sərhəddə təxribat hücumlarının ola biləcəyi haqda yazmışdıq. Məqsəd Avropa İttifaqının müşahidə missiyasının vaxtının uzadılmasına zərurətin yaradılmasıdır.

Aİ missiyasının müddəti 19 fevral tarixində başa çatır. Missiyanını vaxtının uzadılmasında hər iki tərəf – İrəvan və Brüssel maraqlıdır.

– İrəvan üçün bu missiya həm Azərbaycan qarşısında, həm Rusiya qarşısında “qalxan” rolunu oynayır, həm də Avropa ilə əsas bağlantı rolunu oynayır, xüsusilə Trampın gəlişindən sonra İrəvanın Brüsselin orbitinə daha çox yaxınlaşacağı gözləntiləri fonunda;

– Brüssel üçün bu missiya Cənubi Qafqazda mövcudluğun əsas platformasına çevrilib, xüsusilə Gürcüstandakı “məğlubiyyətdən” sonra;

Duda da İrəvana Polşa prezidentindən daha çox, Avropa İttifaqına 2025-ci ildə sədrlik edəcək ölkənin rəhbəri kimi gəlmişdi, onun Arazdəyəndə Aİ müşahidəçilərini ziyarət etməsi də bundan qaynaqlanırdı. Polşa prezidentinin ziyarətindən dərhal sonra Fransanın İrəvandakı səfiri başda olmaqla, Aİ-yə üzv ölkələrin diplomatları müşahidə missiyasının fəaliyyətini izləmək üçün sərhəd bölgələrinə səfər etdilər. Məqsəd missiyanın zəruriliyini ispatlamaq üçün hesabatların hazırlanması idi. Çünki 19 fevrala – missiyanın müddətinin bitməsinə qədər Avropa İttifaqı vaxtın uzadılması ilə bağlı yekdil qərar qəbul etməlidir. İstisna deyil ki, diplomatların təqdim etdikləri hesabatlar bu müzakirələrdə təqdim olunacaq.

Bu, missiyanın vaxtının uzadılması istiqamətində birinci addımdır. İkinci addım sərhəddə təxribatların törədilməsi ilə missiyanın zəruriliyini ispatlamaqdır. Sərhəddə atəşkəsin pozulması bu prosesin başlandığını göstərir və müşahidə missiyasının gələcəyinin Aİ-də müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər.

Asif Nərimanlı

Politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri