Icma.az
close
up
RU
Ermənistan yeni reallıqları anlamağa başlayıb TƏHLİL

Ermənistan yeni reallıqları anlamağa başlayıb TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 iyul, Rabil Kətanov, AZƏRTAC

Abu-Dabidə Ermənistanla aparılan danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik addımı hələ də dünya mətbuatının güdəmindədir. Beynəlxalq siyasi analitiklər bu görüşü dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın aparıcı dövlətinə çevirməklə yanaşı, siyasi xətti ilə özünün də müdrik dövlət və siyasi xadim olduğunu nümayiş etdirdi. CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan AZƏRTAC-a eksklüziv açıqlamasında deyib ki, Vətən müharibəsində Azərbaycanın Zəfər qazanması təkcə Cənubi Qafqazda deyil, qlobal səviyyədə yeni reallıqlar yaradıb. Bunlar region dövlətləri üçün iqtisadi inkişaf, qlobal aktorlar üçün isə geosiyasi imkanlardan ibarət olan reallıqlardır.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri politoloq Zaur İbrahimli qeyd edib: “Qlobal güclərin qarşıdurmasının, silahlı münaqişələrin tüğyan etdiyi bir vaxtda Prezident İlham Əliyev praqmatik xarici siyasət kursu ilə Azərbaycanı dinamik inkişaf edən dövlətə çevirib. Şimal və Cənub sərhədlərimizdə baş verən qanlı toqquşmaların Azərbaycana sirayət etməsinə imkan verilməyib. Ölkəmizin ictimai-siyasi sabitlik və mərhələli iqtisadi inkişaf xətti ilə irəliləməsi qlobal güclərin diqqətini çəkir və Azərbaycanın siyasi nüfuzu artır. Müasir dövrümüzdə dünya dövlətləri sabit qaydada iqtisadi inkişafa meyl edən ölkələrlə əməkdaşlığa can atırlar. Bu baxımdan Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi məsələsinin müzakirəsi heç də təsadüfi xarakter daşımır. Bu dəhlizin açılmasına bir vaxtlar qarşı çıxan Ermənistanın Baş naziri Nikol Paşinyan artıq regiondakı yeni reallıqları dərk etməyə və uyğun siyasət aparmağa başlayıb. Rəsmi İrəvan da anlamağa başlayıb ki, Zəngəzur dəhlizi yalnız yük daşımaq və gəlir əldə etmək üçün deyil, eyni zamanda, region dövlətləri üçün siyasi zəmanətdir. Çindən Avropaya və əks istiqamətdə yüklərin 5 faizi Zəngəzur dəhlizi vasitəsilə daşınarsa, o zaman region dövlətləri ildə təxminən 1,5 milyard dollar gəlir əldə etmiş olar. Dəhliz fəaliyyətə başladıqdan sonra Çinlə Avropa İttifaqı bu regionda sabitliyin hökm sürməsində maraqlı olacaq və siyasi zəmanəti təmin edəcək. Prezident İlham Əliyev qlobal siyasətin incə məqamlarına yaxından bələd olduğu üçün Zəngəzur dəhlizinin açılmasını təkid edir və bu, böyük dövlətlər tərəfindən dəstəklənir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbəri Vinni Van bildirib ki, Orta Dəhlizin genişlənməsi üçün 7 milyard dollar sərmayə yatırılması nəzərdə tutulub. Bu sərmayə dəhlizin bəzi dəmir yolu seqmentinin Türkiyə, Özbəkistan və Qazaxıstan ərazilərindən keçən hissəsinin genişləndirilməsinə yönəldiləcək.

ABŞ Dövlət katibinin keçmiş köməkçisi Con Mark Pommerşaym vurğulayıb ki, Transxəzər regionu rəsmi Vaşinqtonun xarici siyasətində mühüm elementdir. ABŞ bu regionda həyata keçirilən və qlobal xarakter daşıyan infrastruktur layihələri dəstəkləyir və sərmayə yatırmağa hazırdır. Strateji iqtisadi layihələr ticarət yollarının diversifikasiyasına və dayanıqlılığına yönəldiyi üçün ABŞ-ın onları dəstəkləməsini zərurətə çevirib.

Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi Azərbaycan ilə yanaşı, Ermənistan və İranı da Türkiyə və Avropa ilə birləşdirən bir layihədir. Təsadüfi deyil ki, parlamentdə çıxışı zamanı N. Paşinyan qeyd edib: “Bu günədək Ermənistanın tarixi böyük dövlətlər tərəfindən yazılıb. Bizə isə deyiblər ki, bu tarixi öyrənin və təbliğ edin. Artıq Ermənistan öz tarixini yazmağa başlayıb və taleyini özü müəyyən edəcək”. Artıq Ermənistanın siyasi elitası uzun müddət böyük dövlətlərin diktəsi ilə siyasət yürütməyin nə qədər mənfi nəticələrə səbəb olduğunu aydın şəkildə görür. Məhz bu siyasətin nəticəsində Ermənistan həm iqtisadi gəlir, həm də siyasi zəmanət təmin edə biləcək iri beynəlxalq layihələrdən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrdən kənarda qalaraq təcrid vəziyyətinə düşən Ermənistan artıq regionda kimlərinsə protektoriyası altında deyil, siyasətin subyekti olmağa can atır. Bu gün rəsmi İrəvan regionda Transxəzər, Şimal-Cənub, Şərq-Qərb kimi tranzit nəqliyyat layihələrindən də kənarda qalmaq istəmir. O, iqtisadi və siyasi inteqrasiyaya çalışır ki, inkişaf etsin yeni dünya ilə ayaqlaşa bilsin.

Ötən il Vaşinqtonda keçirilən 7-ci Transxəzər Forumunda çıxış edən Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin rəhbəri Uesli Hill bildirmişdi: “Biz uzun müddət Orta Dəhlizin mövcudluğu barədə danışmışıq, bu gün isə bu dəhlizin inkişafını görürük. Bu inkişaf davam edərək iqtisadi-ticarət əlaqələrini yaxşılaşdıracaq, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri bundan istifadə edərək gələcəyin iqtisadi tərəqqisinin əsasını yaradacaqlar. Bu dəhliz regionu beynəlxalq bazarlarla əlaqələndirəcək”. Bunları nəzərə alan Ermənistanın Zəngəzur dəhlizinin açılması məsələsinə diqqət göstərməsi təsadüfi deyil. Ötən il Orta Dəhlizlə 11 milyon ton yük daşınıb. Dəhlizin əsas seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya 5 milyon ton yük nəql olunub və bu rəqəmlər artmaqda davam edir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, rəsmi İrəvanın praqmatizmə qayıtması regionda dominant olmağa çalışan böyük dövləti narahat edir. Halbuki tranzit yolların Şimaldan Rusiya ərazisindən keçməməsinin səbəbi Ukrayna ilə artıq 4-cü ildir davam edən müharibədir. Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsinin səbəbi də Şimaldan əsən küləklərin nəticəsidir.

Beləliklə, Əbu-Dabi görüşü Azərbaycanın sülh tərəfdarı olduğunu, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ideyasının beynəlxalq aləm tərəfindən dəstəkləndiyini, Ermənistanın yeni reallıqları anladığını göstərdi. Azərbaycan növbəti dəfə böyük diplomatik qələbə qazandı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri