Ermənistan Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçirilməsini dəstəkləyir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin 2028-ci il Zirvə toplantısının Azərbaycanda keçirilməsini dəstəklədiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bunu baş nazir "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib:
"Mən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - Paşinyan yazıb.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta "X" sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə "Avropa Siyasi Birliyi"nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















