Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Ermənistan Azərbaycan münasibətləri necə olacaq? Eldar Namazov ŞƏRH ETDİ

Ermənistan Azərbaycan münasibətləri necə olacaq? Eldar Namazov ŞƏRH ETDİ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Mərkəzi Seçki Komissiyası 7 iyun tarixli parlament seçkilərinin nəticələrini rəsmən təsdiqlədi: Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası parlamentdə mütləq çoxluğu əldə edərək qalib gəldi, lakin yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirməyə imkan verən konstitusion çoxluğa sahib ola bilmədi.

Seçkilərdə hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu və hökuməti formalaşdırmaq hüququnu qazanıb.

Parlamentə daxil olmağı bacaran digər iki siyasi qüvvə isə revanşist qüvvələr - iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku (23,27 faiz səs) və sabiq prezident Robert Köçəryanın “Hayastan” bloku olub (9,9 faiz səs).

Məlum olduğu kimi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biridir.

Bununla bağlı media və sosial şəbəkələrdə çoxlu emosional və ziddiyyətli reaksiyalar ortaya çıxıb. “İndi Azərbaycan Ermənistan Konstitusiyasını dəyişdirmək tələbindən imtina etməyə məcbur olacaq” fikrindən tutmuş, “Paşinyan konstitusion çoxluq əldə etməyibsə, ümumiyyətlə Ermənistanla sülhə nə ehtiyac var?”a qədər.
Modern.az-ın məlumatına görə, politoloq Eldar Namzaov Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini şərh edib. O bildirib ki, Ermənistanda baş verənləri emosiyasız şəkildə anlamaq vacibdir. Politoloqun sözlərinə görə, erməni seçicilərin 40%-dən çoxu revanşist gündəliyi olan siyasi qüvvələrə səs verib. Bu hal isə yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasının ən ağlabatan fikir olmadığını göstərir. Başqa sözlə, Ermənistan cəmiyyəti hələ sülhə hazır deyil.
“Cəmi 6 il əvvəl erməni seçicilərin 99,999%-i aqressiv yanaşmanı dəstəkləyir, hətta sülh müqabilində işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını belə qəbul etmirdi. İndi isə onlar azlıqda qalıb və seçicilərin böyük hissəsi Azərbaycanla sülhə səs verir. Bu, Ermənistan cəmiyyətinin dəyişdiyini və sülhə doğru irəlilədiyini göstərir”.
Politoloq deyib ki, Ermənistandakı seçicilərin əksəriyyəti revanşist siyasi qüvvələrin Erməni Kilsəsi, xarici diaspor və Rusiya tərəfindən açıq və tam dəstək aldığı şəraitdə Azərbaycanla sülhə səs verib.
“Xüsusilə də Rusiyada Prezident Putinin rəhbərliyi ilə Paşinyan hökumətinə qarşı açıq siyasi mövqe sərgiləndi və Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edildi. Bu isə Ermənistan hakimiyyətinin seçki uğurunu daha da əhəmiyyətli edir”.
E.Namazovun sözlərinə görə, Azərbaycana təzyiq göstərilməsi (Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması tələbi ilə bağlı) mümkün deyil, çünki danışıqlar prosesində bütün ciddi beynəlxalq aktorlar bu tələbin əsaslı olduğunu qəbul ediblər.
“Vəziyyəti düzgün bilməyən bəzi şəxslər və qərəzli təşkilatlar tərəfindən ayrı-ayrı cəhdlər ola bilər, lakin Azərbaycanın bu cür ikiüzlü davranışlara münasibəti artıq dünyaya yaxşı məlumdur”.
Siyasi ekspert deyib ki, sülh müqaviləsi və sülh prosesi məsələlərini aydın şəkildə ayırmaq lazımdır.
“Sülh müqaviləsi sülh prosesinin başlanğıcı ola bilər, eyni zamanda əvvəlcə sülh prosesi başlayıb müəyyən mərhələdə sülh müqaviləsinə gətirib çıxara bilər. Beynəlxalq təcrübə göstərir ki, siyasi və digər şərtlərdən asılı olaraq hər iki ssenari mümkündür.

Bütün bunlardan belə nəticə çıxır ki, Azərbaycan və Ermənistan bu seçkilərdən sonra, çox güman ki, əvvəlcədən müəyyən edilmiş çərçivələrdə sülh prosesini davam etdirəcəklər - kommunikasiya xətlərinin açılması üzrə üçtərəfli (Azərbaycan–Ermənistan–ABŞ) razılaşmaların icrası (Zəngəzur dəhlizi), ticarət əlaqələrinin qurulması, sərhədlərin delimitasiya və demarkasiyası, ictimai əlaqələrin genişləndirilməsi. Dayanıqlı sülhə çatmaq üçün “sülh şəraitində birgəyaşayış” mərhələsindən keçmək lazımdır.

Bu prosesin əsas göstəricisi yaxın zamanda təsdiqlənəcək Ermənistanın yeni hökumətinin proqramında sülh prosesinin əsas parametrlərinin əks olunması və regionda sülhün qurulmasına dair bütün razılaşmaların Azərbaycan, Ermənistan, Türkiyə və ABŞ rəhbərliyi tərəfindən gələn ayın əvvəlində Ankarada keçiriləcək NATO sammitində rəsmiləşdirilməsi olmalıdır”.

E.Namazov onu da bildirib ki, sülh prosesinə üstünlük verilsə də, Silahlı Qüvvələrimiz əldə edilmiş çoxsaylı üstünlüyü qoruyub saxlamalı və regionda istənilən inkişaf ssenarisinə hazır olmalıdır.
“Təcrübə göstərir ki, bu faktor Ermənistan cəmiyyətinin sülhə doğru transformasiyasında həlledici rol oynayır”, - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyun 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri