“Ermənistan Azərbaycana təklif göndərdi və cavab gözləyir” Qriqoryan KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Blokadanın aradan qaldırılması ilə bağlı Ermənistan birbaşa Azərbaycana həll yolunu təklif edib”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandeyib.
O bildirib ki, bu, kağız üzərində olan təklifdir və birbaşa Azərbaycana çatdırılıb.
“Bu danışıqlarda heç bir üçüncü tərəf iştirak etməyib. Ermənistan öz təklifini birbaşa kağız üzərində çatdırıb. Bilirsiniz ki, blokadanın aradan qaldırılması məsələsi müəyyən mərhələdə sülh müqaviləsinin bir hissəsi idi. Lakin müəyyən məqamda sülh müqaviləsindən çıxarılıb və artıq onun tərkib hissəsi deyil. Amma biz Azərbaycanla bu məsələləri müzakirə etmək üçün bütün mövcud imkanlardan istifadəni məqbul sayırıq. Biz Azərbaycana təklif etmişik və cavab gözləyirik”, – Qriqoryan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















