Icma.az
close
up
RU
Ermənistan Azərbaycanın jestinə nə cavab verəcək?

Ermənistan Azərbaycanın jestinə nə cavab verəcək?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, müharibədə qalib gələndən və suverenliyini tam bərpa etdikdən sonra qarşı tərəfə sülh əlini uzadır”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, dünya müharibə tarixində belə faktlar çox azdır:

“Belə bir nümunəni qoyan ilk ölkə Azərbaycandır, Prezident və Ali Baş Komandan İlham Əliyevdir. Digər məsələ isə artıq sülh müqaviləsinin imzalanması üçün vacib olan addımların atılmasıdır.

Biz artıq bununla bağlı Ermənistanla ikitərəfli olaraq bir çox nümunələri ortaya qoymuşuq. Etiraf etmək lazımdır ki, artıq bu sahədə nailiyyətlər də mövcuddur. 8 avqustda keçirilən Vaşinqton görüşündə artıq sülh müqaviləsinin müddəaları paraflanıb.

Yalnız artıq əsas şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilərək İrəvanın Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarının əsas qanundan götürülməsi qalıb. Ermənistan rəsmi olaraq bu məsələni də həll etməlidir”.

Millət vəkili Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırması barədə də danışıb:

“Azərbaycan tərəfinin bu humanitar jesti və cənab Prezidentin Astanada verdiyi bəyanat yüksək qiymətləndirilir. Ermənistanın Baş nazir Nikol Paşinyan da buna görə İlham Əliyevə təşəkkür etdi. Artıq Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana doğru aparılır. Bu isə kommunikasiyanın açılmasıdır. 

Yenə də cənab İlham Əliyev bütün dünyaya göstərdi ki, onun sözü imzasıdır. Cənab Prezident demişdi ki, kommunikasiyaların açılması ilə Ermənistan da nəfəslik əldə edə biləcək və fayda görəcək. Artıq əməli addımı Azərbaycan tərəfi atıb. Paşinyan da türk ölkələrində də müsbət qarşılanan addımlar varın olduğunu deyib”.

Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan və Türkiyə tərəfinin atdığı xoşməramlı addımlara Ermənistan da adekvat cavab verməlidir:

“Rəsmi İrəvan üzərinə düşən məsələləri həll etməlidir. Nikol Paşinyan qarşılıqlı olaraq kommunikasiyaların açılması, Azərbaycan və Türkiyədən gələn malların Ermənistan üzərindən Gürcüstana daşınmasına dəstək ola biləcəyini dedi. 

Təbii ki, bunlar müsbət qiymətləndirilir. Əlbəttə ki, bu addımların real olması Ermənistandan asılıdır. Çünki Azərbaycan öz üzərinə düşən vəzifələri uğurla icra edib və etməkdədir. Qarşılıq olaraq Ermənistanın da Azərbaycanın atdığı müsbət jestlərə və addımlara mütləq cavab verməsi vacibdir”.

Deputat diqqətə çatdırıb ki, yalnız bundan sonra sözün əsl mənasında real sülhün əldə olunması, kommunikasiyaların açılması, artıq iki ölkə arasındakı münasibətlərin real və müsbət məcraya düşməsi deməkdir: 

“Zaman-zaman qarşılıqlı əlaqələrin də qurulması mümkün ola bilər. Bu, o zaman alınacaq ki, Ermənistan real və rasional addımlar atsın, erməni cəmiyyəti artıq sülhü dərk etsin, rəsmi İrəvan bununla bağlı işlər görməyə başlasın. Arzu edərdik ki, bu işlər uğurla nəticələnsin və iki ölkə arasında bütün sahələrdə qarşılıqlı, faydalı əməkdaşlıq mühiti mümkün olsun”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri