Icma.az
close
up
RU
Ermənistan bu addımı atsa, sülh sazişi imzalanacaq KONKRET

Ermənistan bu addımı atsa, sülh sazişi imzalanacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistanda keçirilən seçkilərdən sonra baş nazir Nikol Paşinyanın səsləndirdiyi sülh mesajları Ermənistan–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Bəs mövcud siyasi şəraitdə iki ölkə arasında sülh sazişi nə vaxt imzalana bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Paşinyanın son açıqlamaları onun Azərbaycanla sülh prosesinin davam etdirilməsində maraqlı olduğunu göstərir.

Politoloq Zeynal Əmrəliyev: “İran ABŞ-nin Hörmüz boğazının blokadasına hərbi cavab verərsə, müharibə yenidən alovlana bilər”

Politoloqun sözlərinə görə, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq rəsmi İrəvan sülh prosesini davam etdirməyə məcburdur:

“Nikol Paşinyanın verdiyi mesajlardan aydın görünür ki, o, Azərbaycanla sülh prosesinin davam etməsində maraqlıdır. Ümumilikdə hesab edirəm ki, Ermənistanda kimin baş nazir olmasından asılı olmayaraq, bu proses davam etdiriləcək. Çünki sülh gündəmini və bu istiqamətdə əsas çərçivəni müəyyən edən tərəf Azərbaycandır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı konkret mövqeyi var və proses məhz Azərbaycanın ortaya qoyduğu şərtlər əsasında inkişaf edir”.

Əmrəliyev qeyd edib ki, Ermənistan rəhbərliyi bu reallığı nəzərə almağa məcburdur:

“İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, həmin xətt üzrə hərəkət etmək zərurəti yaranacaq. Əks halda bunun Ermənistan üçün ciddi nəticələri ola bilər. Ona görə də hesab etmirəm ki, hansısa siyasi qüvvə bu reallığı görməzlikdən gələcək.

Robert Köçəryan və ya Samvel Karapetyan kimi siyasətçilərin hakimiyyətə gəlməsi halında müəyyən sərt bəyanatlar və fərqli yanaşmalar müşahidə oluna bilərdi. Son nəticədə onlar da regiondakı mövcud geosiyasi şərtləri nəzərə almağa məcbur qalacaqdılar”.

Zeynal Əmrəliyev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında uzun müddətdir genişmiqyaslı silahlı qarşıdurma müşahidə olunmur və proses mərhələli şəkildə sülh istiqamətində irəliləyir:

“Paşinyan artıq bu məsələlərlə bağlı müəyyən razılıqlar verib. Uzun müddətdir ki, Ermənistan və Azərbaycan arasında hər hansı ciddi silahlı münaqişə yoxdur. Proses öz axarı ilə sülhə doğru yönəlir. Nikol Paşinyanın yenidən baş nazir olması da bu baxımdan müəyyən sabitlik yaradır.

Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş müddəalar aradan qaldırıldıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneə qalmayacaq. Hazırda Paşinyanın əsas diqqəti məhz bu məsələnin həllinə yönəlməlidir”.

Əmrəliyev hesab edir ki, İrəvan bu istiqamətdə addımlar atacağı təqdirdə Ermənistan–Azərbaycan sülh sazişinin imzalanması üçün əlverişli şərait formalaşacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyul 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri