Icma.az
close
up
RU
Sülh sazişi bu il imzalanacaq? Ermənistan hələ də...

Sülh sazişi bu il imzalanacaq? Ermənistan hələ də...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

 Azərbaycanla sülh sazişini Konstitusiya Məhkəməsi təsdiqləməsə, ölkənin əsas qanununa dəyişiklik edilməsinə şəxsən təşəbbüs göstərəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan Dialogue" beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Paşinyan qeyd edib ki, saziş Konstitusiya Məhkəməsinə göndərilməlidir. Burada seçim yoxdur:

“Əgər Konstitusiya Məhkəməsi qərara gəlsə ki, saziş Ermənistanın qanunlarına uyğun deyil, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edəcəyəm. Çünki hesab edirəm ki, sülh imkanı əldən verilməməlidir".

Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq İlqar Vəlizadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, artıq uzun müddətdir sülh sazişi ilə bağlı məsələ müzakirə olunur:

"Ermənistan tərəfinin Konstitusiya ilə bağlı izahatları Azərbaycanı qane etmir. Ölkəmiz bununla bağlı möqveyini dəfələrlə ən ali səviyyədə çatdırıb. Düşünmürəm ki, Paşinyanın məlum çıxışı hansısa rezonans doğuracaq”.

İlqar Vəlizadə: Ermənistanın Konstitusiya ilə bağlı izahatları Azərbaycanı qane etmir

Müsahibimiz hesab edir ki, bu il sülh müqaviləsinin imzalanması gözlənilmir. Dediyinə görə, sülh sazişi ilə bağlı yanaşmanın dəyişilməsi isə bir çox amillərdən asılıdır. Burada xüsusən də daxili və siyasi amillər rol oynayır. Ermənistanın dövlət başçısı özündə cəsarət taparaq, Konstitusiya dəyişikliyinə getməlidir.

Politoloqa görə, sülh müqaviləsinin imzalanması yalnız Ermənistan dövlət başçısının Konstitusiya ilə bağlı qərarından sonra baş verə bilər.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri