Icma.az
close
up
RU
Ermənistan danışıqlara razılıq verdi: Bu, İrəvanın siyasətində dönüşdürmü?

Ermənistan danışıqlara razılıq verdi: Bu, İrəvanın siyasətində dönüşdürmü?

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan uzun tərəddüddən sonra “3+3” formatında keçiriləcək üçüncü regional görüşə razılıq verib. Bu qərar İrəvanın Qərblə deyil, region dövlətləri ilə əməkdaşlığa üstünlük verməyə başladığına dair ehtimalları gündəmə gətirib.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun fikrincə, bu, Ermənistanın xarici siyasətində müəyyən korrektələrin baş verdiyindən xəbər verir.


O. Qasımov bildirir ki, “3+3” formatı ilk dəfə 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Zəfər paradı zamanı elan edilib. Həmin vaxtdan etibarən, Gürcüstan istisna olmaqla, region ölkələri bu platformada ardıcıl iştirak edirlər. Ermənistan isə ilkin mərhələdə könülsüz olsa da, bu prosesdən tamamilə kənarda qalmayıb: 


“Ermənistanın bu formata qoşulması müəyyən qədər Rusiya və İranla münasibətlərini qorumaq məqsədi daşıyır. Xüsusilə İranla əlaqələrə zərər vurmamaq üçün bu görüşlərdə iştirak etməyə üstünlük verir. Bu da onu göstərir ki, Ermənistan tədricən qərbyönümlü siyasətdən regional yanaşmaya keçid etməyə başlayır”.


Politoloq hesab edir ki, bu formatda keçirilən görüşlərin Rusiya üçün əsas məqsədi regionda təsir imkanlarını qoruyub saxlamaqdır. Onun sözlərinə görə, bununla belə, o düşünür ki, görüşün özlüyündə Rusiyanın geosiyasi mövqeyini ciddi şəkildə gücləndirməsi hədəfi daşımır.


“Regionun dörd ölkəsi Azərbaycan, Türkiyə, Rusiya və İran dəfələrlə bəyan ediblər ki, region problemləri region ölkələrinin iştirakı ilə həll olunmalıdır. Bu görüşlərin təşkili də Ermənistan üçün açıq mesajdır: bölgəyə üçüncü qüvvələrin daxil olması istənilmir”, – deyə Qasımov əlavə edib.


Görüşdə sülh sazişi gözlənilirmi?


Ekspert bildirib ki, “3+3” formatında keçirilən görüşlər Ermənistanla Azərbaycan arasında ikitərəfli sülh müqaviləsinin müzakirə olunduğu danışıqlarla eyni məzmun daşımır: "Sülh prosesi ayrıca kanallar vasitəsilə aparılır və bu istiqamətdə artıq mühüm irəliləyişlər əldə olunub. Bu format sülh sazişinin imzalanması üçün nəzərdə tutulmayıb. “3+3” daha çox region ölkələri arasında ümumi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə platformasıdır”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri