Icma.az
close
up
RU
Ermənistan dövləti ləğv olunur? “İrəvanın Azərbaycana qaytarılması...”

Ermənistan dövləti ləğv olunur? “İrəvanın Azərbaycana qaytarılması...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan diqqətçəkən açıqlama verib.

O, Gümrü müqaviləsinin ləğv olunaraq Ermənistanın Qərbi Azərbaycan adlandırılacağını iddia edib: “Türkiyə Gümrü müqaviləsindən çıxacaq. Artıq Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı artıq verilib. 

Proses tamamlandıqdan sonra Ermənistanla Rusiya sərhəd xidməti arasındakı müqavilə də ləğv ediləcək”. Xatırladaq ki, Gümrü müqaviləsi Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə imzalanıb. Bu 18 maddəlik müqaviləyə uyğun olaraq 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoyulmalı idi. Müqavilənin şərtlərinə əsasən, Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. 

Lakin daşnak hökumətinin nümayəndələri dekabrın 2-dən 3-nə keçən gecə Gümrüdə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqran ilə Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar. Bununla da 4 dekabrda İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olur. Nəticədə, Ermənistanda qurulan Sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onun qüvvədən düşdüyünü elan edir. 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ermənistanın siyasətçilərinin çoxu “savadsızlıq xəstəliyi”ndən əziyyət çəkir: 

“Onlar tarixi bilmirlər, bildiklərini də təhrif edirlər. Gümrü müqaviləsinin şərtlərinə görə, Türkiyə İrəvan və ətrafındakı bəzi yerlərin daxil olduğu cəmi 10 min kvadratkilometr ərazidə Ermənistan dövlətinin qalmasını razılaşdırdı. Yerdə qalan ərazilər isə Türkiyənin nəzarətinə keçirdi. 

Ermənistan isə çox kiçik ərazidə qalırdı. Gümrü müqaviləsinin mahiyyəti bundan ibarət idi. Ancaq o dövrdə Ermənistan bolşevik Rusiyası tərəfindən işğal olunduğu üçün sözügedən müqavilə təsdiqlənmədi. Yəni, qanuni gücə malik olmayan Gümrü müqaviləsinin ləğvindən danışmaq absurddur. Təsdiq olunmayan müqavilə ləğv oluna bilməz. Edqar Qazaryan kimi diplomatlar belə açıqlamalarla müəyyən dolaşıqlıq yaratmağa çalışırlar”. 

Lakin ekspert qeyd edib ki, Ermənistanın mövcud ərazisi əslində Qərbi Azərbaycan adlanmalıdır: 

“Ermənistanın Qərbi Azərbaycan adlandırılması isə reallığa uyğundur. Çünki həmin ərazilər tarix boyu Qərbi Azərbaycan ərazisi olub. Reallıq ondan ibarətdir ki, tarixdə o ərazilərdə Ermənistan adlı dövlət mövcud olmayıb. Azərbaycan 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranmasına icazə verdi. 

Lakin ermənilər o dövrdə əldə olunan razılaşmanın şərtlərinə əməl etmədilər. Ona görə də 1918-ci ilin mayında Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı pozmağa tam haqqımız var. Çünki müqavilənin şərtlərindən biri o idi ki, Ermənistan bir daha Azərbaycana ərazi iddiaları irəli sürməyəcək. 

1918-ci ilin may ayında müqavilə imzalansa da, iyun ayında bizə qarşı müharibəyə başladılar. Bu müqavilə artıq təsirin itirdiyinə görə İrəvanın da Azərbaycana qaytarılması məsələsi qoyula bilər. Görünür, artıq Ermənistanda da bəzi siyasətçilər oranın Qərbi Azərbaycan torpaqları olduğunu başa düşürlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan Qərbi Azərbaycan İrəvan Azərbaycan Akif Nağı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri