Icma.az
close
up
RU
Ermənistan Gürcüstan sərhəd keçid məntəqəsində problem yaranıb

Ermənistan Gürcüstan sərhəd keçid məntəqəsində problem yaranıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 11 iyun, AZƏRTAC

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində problem yaranıb. Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Bildirilir ki, gömrük xidmətləri erməni yük maşınlarının Gürcüstana buraxılmasını müvəqqəti dayandırıb. Hazırda hər iki tərəfdə mindən çox yük və minik avtomobili dayanıb.

Qərar son vaxtlar Gürcüstanın keçid məntəqələrində avtomobillərin yığılması nəzərə alınaraq qəbul edilib. Gürcüstan tərəfində problem həll olunduqdan – avtomobillərin buraxılışı tənzimlənəndən sonra keçid açılacaq.

Bu arada Ermənistan tərəfi nəqliyyat vasitələrinin öz ölkələrinin ərazisində növbəyə durmasını təklif edir. Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, İrəvan hələ də rəsmi Tbilisidən erməni konyakının Rusiyaya tranziti zamanı sərhəddə baş verən gecikmələrlə bağlı izahat almayıb.

Artıq İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında bir neçə etiraz aksiyası keçirilib.

Qeyd edək ki, iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri Ermənistana səfər etməli idi, lakin son anda səfər ləğv olunub.

Bəzi məlumatlara görə, erməni sürücülər Ermənistana qayıdarkən ucuz qiymətə gürcü konyakı alıb aparırlar. Sonra da bu konyakı Ermənistanda qablaşdıraraq Rusya bazarına erməni konyakı adı ilə göndərirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri