Icma.az
close
up
RU
Azərbaycan, Ermənistan və Gürcüstan arasında problem qalmamalıdır ŞƏRH

Azərbaycan, Ermənistan və Gürcüstan arasında problem qalmamalıdır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Ümid eləmək olar ki, yaxın vaxtlarda aramızda olan mübahisəli məsələlər həll olunacaq"Abutalıb Səmədov: "Burada əslinə qalsa iki dövlətin rəhbərliyi arasında elə bir ciddi deməli problem yoxdur. Problem daha çox ictimai rəylə bağlıdır"

Azərbaycanla Gürcüstan arasında inkişaf edən strateji tərəfdaşlıq fonunda dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi yenidən gündəmə gəlib. Tərəflər uzun müddətdir müzakirə olunan bu prosesin sürətləndirilməsi və indiyədək razılıq əldə edilməyən məsələlər üzrə irəliləyişə nail olunması barədə razılığa gəliblər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiya məsələsi həm hökumətlərarası komissiyanın iclasında, həm də ikitərəfli görüş zamanı müzakirə olunub: " Bildiyiniz kimi, bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz irəliləyiş görməliyik. Bu bizim Azərbaycana ünvanladığımız xahiş və müraciətdir və ona çox səmimi cavab aldıq. Azərbaycanlı dostlarımızla birlikdə indiyədək heç bir irəliləyişin əldə olunmadığı sahələrdə irəliləyişə nail olmağı hədəfləyirik". 

Xatırladaq ki, dünən Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Politoloq Abutalıb Səmədov Sherg az-a açıqlamasında bildirib ki, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası 1996-cı ildən başlayıb, komissiya yaradılıb və 2007-ci ilə qədər bu proseslər kifayət qədər sürətlə aparılıb:

"Sonradan müəyyən ərazilərlə bağlı mübahisələr ortaya çıxıb və bu mübahisələr proseslərin ləngiməsinə səbəb olub. Əsas fikir ayrılıqlarından biri Keşikçidağ monastir kompleksinin Kömə məxsus olması ilə bağlıdır. Hələlik bu barədə razılıq əldə olunmayıb. 2019-cu ildə müəyyən gərginliklər yarandı bu monastir kompleksi ilə bağlı. Və prosesdə müəyyən deməli, yavaşlama deməli, ortaya çıxdı.

Amma Gürcüstan tərəfinin bu prosesi sürətləndirmək istəyi təbii ki, Azərbaycanı da razı salır. Çünki artıq Ermənistanla münasibətlər də normallaşmaq istiqamətində inkişaf eləyir. Yeni nəqliyyat dəhlizləri Ermənistan vasitəsilə Ermənistandan keçib deməli, yükləri Avropaya daşıyacaq. Eyni zamanda Gürcüstan da Azərbaycan üçün mühüm tranzit ölkəsidir. Burada neft, qaz, kəmərləri, dəmir yolu həm Azərbaycan üçün, həm də Gürcüstan üçün çox mühüm əhəmiyyətə malikdir.

Bu səbəbdən Gürcüstanın indiki vəziyyətdə vəziyyətdən narazı olması, bu prosesi sürətləndirmənin zərurətindən danışması bölgədəki reallıqların anlaşılmasının göstəricisidir. Cənubi Qafqaz əməkdaşlıq deməli, təhlükəsizlik bölgəsinə çevrilir və burada təbii ki, yerləşən dövlətlər arasında mövcud problemlərin aradan qaldırılması bu prosesə mühüm töhfə verə bilər".

Politoloq qeyd edib ki, Azərbaycan, Ermənistan və Gürcüstan münasibətlərini daha da sıxlaşdırmaq, daha yaxından əməkdaşlıq etmək xətti götürüblər və bunun üçün də dövlətlər arasında heç bir həll olunmamış problem qalmamalıdır:

"Ümid eləmək olar ki, yaxın vaxtlarda aramızda olan mübahisəli məsələlər həll olunacaq. Burada əslinə qalsa iki dövlətin rəhbərliyi arasında elə bir ciddi deməli problem yoxdur. Problem daha çox ictimai rəylə bağlıdır. Müəyyən reallıqların ictimai rəy tərəfindən qəbul olunmaması delimitasiya prosesini sürətləndirməyə indiyə qədər mane olub. Ancaq əgər Gürcüstan da bu vəziyyətdən narahatdırsa, deməli, birlikdə bu prosesi sürətləndirmək və aramızda olan mübahisəli məsələləri qısa müddətdə həll etmək mümkün olacaq". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri