Icma.az
close
up
RU
Ermənistan Hindistandan ucuz silah alır

Ermənistan Hindistandan ucuz silah alır

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Ermənistan nisbətən ucuz silah və sursat idxalını həyata keçirmək məqsədilə Hindistanla müdafiə dialoqunu genişləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də Türkiyənin “Star” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb.

İrəvanda ABŞ, Yunanıstan, yunan Kipri və Çinlə də hərbi sahədə əlaqələr qurulub.

Qəzet xatırladır ki, təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə 2020-ci ildə Ermənistan və Hindistan arasında imzalanıb.

“Star yazır: “Bu dialoqun son həlqəsi fevralın 10-14-də “Aero India 2025” beynəlxalq aerokosmik sərgisini ziyarət edən Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin Hindistana səfəri olub”. Tərəflərin müəyyən növ məhsulların birgə istehsalının yaradılmasını istisna etməyən ekspert rəylərinə istinad edən qəzet yazır: “Aviasalon çərçivəsində Ermənistan və Hindistanın müdafiə nazirliklərinin rəhbərləri ilə müdafiə şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb”.

Türkiyə nəşri izah edir ki, Ermənistanı Hindistandan aktiv şəkildə silah idxal etməyə sövq edən əsas səbəb Yeni Dehlinin parametrlərinə görə Ermənistan ordusunun təchizat sistemləri ilə uyğun gələn Rusiya silah inkişaflarını modernləşdirilməsidir.

“Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir”, -deyə məqalədə bildirilir.

Digər məsələlərlə yanaşı, qəzet Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş barədə məlumatlara istinad edir.

Bundan başqa, İrəvanda Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti vasitəsilə dörd “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur. “Star” yazır ki, bu məsələ ilə bağlı danışıqların birinci mərhələsi ötən ilin sonunda baş tutub.

“Nəticədə Hindistan Ermənistana əsas silah tədarükçüləri siyahısında Rusiyanı əvəz etməyə başlayıb və İrəvan bu Cənubi Asiya ölkəsindən silah idxal edənlər arasında lider mövqe tutur. Türkiyə qəzeti yazır ki, Ermənistanın müdafiə naziri Papikyanın sözləri diqqətəlayiqdir. O, “həm müdafiə, həm də hücum üçün” Hindistan silahlarından istifadəni istisna etməyib.

“TikTok”da izləyin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri