Ermənistan Hindistandan yeni silahlar alır: Siyahıda nələr var?
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistan Hindistandan yeni silahlar almağı planlaşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Hindistandan yeni silahlar, o cümlədən "Akash-NG" Hava Hücumundan Müdafiə (HHM) sistemləri, "Pralay" raketləri almağı və "Su-30SM" qırıcılarını modernləşdirməyi planlaşdırır.
Bu addım Ermənistanın Rusiya silahlarından asılılığını azaltmaqla yanaşı, öz hərbi potensialını gücləndirməyə yönəlib.
"Akash-NG" sistemi uzaq mənzilli qabaqcıl hava hücumundan müdafiəni, "Pralay" raketləri isə yüksək dəqiqlikli zərbə imkanlarını təmin edə bilər. Hindistan, həmçinin Ermənistanın "Su-30SM" qırıcı parkını "Uttam" aktiv fazalı barmaqlı antena (AESA) radarları, "Astra" raketləri və qabaqcıl zərbə sistemləri ilə təkmilləşdirməyi nəzərdə tutur.
Hindistan ilə Ermənistan arasında genişlənən müdafiə əməkdaşlığı Qafqazda 2020-ci ildə 44 günlük müharibədən sonra yaranmış güc balansını dəyişməyə yönəlmiş addım kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 26 May 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















