Icma.az
close
up
RU
Ermənistan İranın gözündən düşüb

Ermənistan İranın gözündən düşüb

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İranda son həftələrdə başlayan və qısa müddətdə genişmiqyaslı xalq etirazlarına çevrilən aksiyalar təkcə ölkə daxilində deyil, regionda da ciddi siyasi-diplomatik təsirlər yaratmağa başlayıb. Minlərlə insanın həlak olduğu, on minlərlə şəxsin saxlanıldığı bildirilən bu etirazlar İranın qonşu ölkələrlə münasibətlərində də yeni gərginlik xəttini formalaşdırır. Bu baxımdan diqqət mərkəzinə düşən ölkələrdən biri də Ermənistandır.

Diplomatik narahatlıq və qarşılıqlı ittihamlar

İran rəsmiləri son günlərdə açıq şəkildə Ermənistan ərazisinin və Ermənistan cəmiyyətinin İran əleyhinə fəaliyyətlər üçün istifadə olunduğuna dair narahatlıqlarını dilə gətiriblər. Xüsusilə, İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyaları Tehranın kəskin reaksiyasına səbəb olub.

İran tərəfi bunu daxili işlərə müdaxilə və düşmən qüvvələrə dəstək kimi qiymətləndirir. İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin açıqlaması isə bu baxımdan diqqət çəkir. O,  İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunları deyib: "Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir. Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb". Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. Və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.

Rəsmi Tehranın bu mövqeyi faktiki olaraq uzun illər “səssiz və problemsiz” kimi təqdim olunan Ermənistan-İran münasibətlərində açıq gərginliyin yarandığını göstərir. İran diplomatik kanallarla İrəvana xəbərdarlıq edib və Ermənistanın bu proseslərdə daha məsuliyyətli davranmasını tələb edib.

Ermənistanın balans siyasəti: dostluq və azadlıqlar arasında

Ermənistan hakimiyyəti isə mürəkkəb balans siyasəti yürütməyə çalışır. Baş nazir Nikol Paşinyan hökuməti bir tərəfdən İranla “tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə” sadiq olduqlarını bəyan edir, digər tərəfdən isə ölkədə söz və toplaşma azadlığının məhdudlaşdırılmayacağını bildirir.

Rəsmi İrəvanın mesajı ondan ibarətdir ki, Ermənistan ərazisində baş verən etirazlar dövlət siyasəti deyil, vətəndaşların fərdi mövqeyidir. Bununla belə, Ermənistan hüquq-mühafizə orqanları diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunacağını və mümkün eskalasiyaya yol verilməyəcəyini açıqlayıb.

İctimai faktor və diaspora məsələsi

İranda baş verən hadisələr Ermənistan cəmiyyətinə də birbaşa təsir göstərib. İran ərazisində yaşayan ermənilərlə bağlı təhlükəsizlik və kommunikasiya problemləri gündəmə gəlib, bəzi erməni icmasının üzvlərinin etirazlar zamanı həlak olduğu barədə məlumatlar yayılıb.

İqtisadi və geosiyasi reallıqlar

Ermənistan-İran münasibətləri artıq qırılma nöqtəsinə təhlükəli dərəcədə yaxınlaşıb. İran hələ də Ermənistan üçün mühüm enerji və tranzit tərəfdaşı olaraq qalsa da, artan qarşılıqlı narazılıqlar bu əməkdaşlığın davamlılığını sual altına alır. Siyasi məsləhətləşmələrin davam etməsi və diplomatik kanalların açıq saxlanılması tərəflərin münasibətləri nəzarətdə saxlamaq cəhdindən xəbər verir. Lakin mövcud proseslər göstərir ki, gərginlik azalmadığı təqdirdə bu dialoq mexanizmləri də effektivliyini itirə və əlaqələr daha dərin böhran mərhələsinə keçə bilər.

Sonda deyə bilərik ki, İranda baş verən son etirazları Ermənistan-İran münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Əgər əvvəllər bu əlaqələr əsasən regional izolyasiya və qarşılıqlı maraqlar üzərində qurulurdusa, indi etimad, təhlükəsizlik və siyasi məsuliyyət məsələləri ön plana çıxır.

Mövcud proseslər göstərir ki, İran böhranı dərinləşdikcə Ermənistan üçün də manevr imkanları daralacaq və İrəvan daha aydın mövqe seçimi qarşısında qala bilər. Bu seçim isə təkcə diplomatik deyil, eyni zamanda daxili siyasi və beynəlxalq nəticələr doğura bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri