Icma.az
close
up
RU
Ermənistan niyə İranın üzünə ağ oldu?

Ermənistan niyə İranın üzünə ağ oldu?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranda siyasi gərginlik və hakimiyyət əleyhinə etirazlar təkcə ölkə daxilində deyil, xaricdə yaşayan iranlıların da fəallaşmasına səbəb oldu. Müxtəlif ölkələrdə keçirilən dəstək aksiyaları Tehran tərəfindən narahatlıqla izlənir. Bu kontekstdə diqqət çəkən məqamlardan biri də Ermənistanda iranlı etirazçılara meydan verilməsidir. Halbuki, İran uzun illərdir regional və geosiyasi şərtlərə baxmayaraq Ermənistana siyasi, iqtisadi və humanitar dəstək göstərib. İndi isə İrəvanın bu addımı Tehranda narazılıq doğurub və iki ölkə arasında gərginlik açıq şəkildə hiss olunmağa başlayıb.

Bəs Ermənistan İranın bu həssas dövründə niyə fərqli mövqe sərgilədi? Ermənistanın iranlı müxalif qüvvələrin aksiyalarına imkan yaratmasını hansı siyasi motivlər şərtləndirir? Mövcud gərginlik Cənubi Qafqazda regional balanslara necə təsir göstərə bilər?

Moderator.az-a danışan politoloq Çingiz Şahbazi deyib ki, Ermənistanın İran müxalifətinə meydan tanıması, ideoloji seçimdən daha çox, məcburi geosiyasi manevrdir:

“Əlbəttdə ki, Qərbə yönlənmənin simvolik göstəricisidir. Həmcinin Ermənistanın bu addımı  İran üçün, həm hakimiyyətdəkilərə, həm də müxalifətə yönəlik açıq xəbərdarlıq mesajı olaraq qəbul edilə bilər. Bu baxımdan hər şey İranda baş verənlərin nəticəsinə görə davam edəcək, desək yanılmarıq. Ermənistan tərəfindən atılan bu addım, onu Qərbə qısamüddətli olaraq az da olsa yaxınlaşdıra bilər. Amma onu da qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyətinin bu addımı dost- qardaş hesab olunan iki ölkə arasında,  münasibətlərə uzunmüddətli perspektivdə, ciddi olaraq öz təsirini göstərə bilən amillərdir. Bu da Ermənistanı regional manevr imkanlarını daha da daralda bilər. Əlbəttdə ki,  məsələyə bir tək İran-Ermənistan dostluğu kontekstindən baxmaq doğru deyil və bu səbəbdən hadisələrə həmçinin geosiyasi rəqabətdən doğan maraqlar üzərindən baxmaq lazımdır və İranda baş verən hadisələr nəticə etibarilə bir neçə mərhələni eyni anda dəyişə bilər. Bu baxımdan hadisələrin tam olaraq necə bitəcəyi məlum olmadığını nəzərə alsaq, bu kontekstində Ermənistanın addımları İran tərəfindən gələcəkdə qiymətləndirilə bilər. Əslində bu Ermənistan üçün heç bir şeyi dəyişmir”.

Politoloq qeyd edib ki, Ermənistan Azərbaycan ordusu tərəfindən aldığı məğlubiyyətdən sonra xarici və daxili siyasətini dəyişməyə məcbur qaldı:

“Rəsmi İrəvan əsas dayaqlarından imtina etməkdə davam edir,  desək yanılmarıq. Belə olan halda,  Ermənistan alternativ siyasi himayəçilər axtarışındadır və Qərbə inteqrasiyanı sürətləndirmək məcburiyyətində qalıb. Bu baxımdan İran müxalifətinə meydan verilməsi Ermənistanın xarici siyasət strategiyasına uyğun olaraq həyata keçirilir və ABŞ- Qərb siyasi dairələrinə ,, biz regional avtoritar rejimlərdən uzaqlaşırıq ,, mesajı ötürür. Bu praktik baxımdan İranla münasibətləri riskə atsa da , Qərb qarşısında geosiyasi sığorta mexanizmi rolunu oynayır. Ermənistan Cənubi Qafqaz regionunda bütün iqtisadi və siyasi layihələrdən kənarda qalan ölkə olaraq həmçinin təhlükəsizlik baxımından kənarda qalıb. Bu vəziyyətdə Ermənistan Qərbin siyasi və iqtisadi dəstəyini alternativ çıxış yolu olaraq görür və regionda cərəyan edən prosesləri məhz buna görə dəyərləndirir".

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri