Icma.az
close
up
RU
“Ermənistan kimi cırtdan bir dövlətin belə addımlara əl atması yolverilməzdir” DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan kimi cırtdan bir dövlətin belə addımlara əl atması yolverilməzdir” DEPUTAT ŞƏRH ETDİ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Türkiyənin beynəlxalq tanınmış ərazisini şübhə altına alan və Ağrı Dağını müxtəlif sənədlərdə, poçt markalarında, vizalarda təsvir edən Ermənistan bu praktikadan əl çəkməlidir. Əks halda, bu hal davam edərsə, yaranmış müsbət sülh atmosferinə və post-münaqişə dövründə Cənubi Qafqazda formalaşmış müsbət vəziyyətə mənfi təsir göstərə bilər”.

Bu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:

“Post-münaqişə dövründə Ermənistanın sülh niyyəti və sülh gündəliyinə sadiqliyini şərtləndirən bəzi məqamlar mövcuddur və bunlar hökmən həllini tapmalıdır. Birinci məsələ, təbii ki, artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupu və Minsk prosesi ilə bağlı institutlardır ki, onlar artıq mövcud deyil. Lakin bununla belə, Ermənistanda revanşist qüvvələr insanların hiss və emosiyalarını manipulyasiya edərək ölkəni yenidən Türkiyəyə və Azərbaycana qarşı səsləndirmək üçün müəyyən fürsətlər əldə edirlər.

Bu, Ermənistanın gerbində, rəsmi sənədlərində, verilən vizalarda, xüsusilə də Ağrı Dağı simvolunda özünü göstərir. Ermənistan anlamalıdır ki, Ağrı Dağı Türkiyənin beynəlxalq tanınmış ərazisidir. Tarixdə dəfələrlə şahid olmuşuq ki, Ermənistanda Qarabağa və digər Azərbaycan ərazilərinə qarşı iddiaları əks etdirən simvollar, xəritələr, dərsliklər və tədris materialları istifadə edilib. Əgər Ermənistan qonşularla dil tapmaq və normal qonşuluq siyasəti yürütmək istəyirsə, bu kimi məsələlərdən tamamilə imtina etməlidir”.   

Deputat qeyd edib ki, ünyada başqa ölkələrin ərazi bütövlüyünə qəsd edən xəritələr, simvollar, təsvirlər və digər bu kimi vasitələr həmişə mənfi nəticələrə gətirib çıxarıb:

“Elə “Böyük Ermənistan” ideyası da buna nümunədir. Bu ideyanı təşviq və təbliğ edən yazıçılar, Zori Balayandan başlayaraq Ermənistandakı müxtəlif vəsaitlər, təhsil və tarix kitabları, qondarma xəritələr nəticə etibarilə müharibələrə və münaqişələrə yol açıb. Ona görə Ermənistan bu cür yanaşmadan əl çəkməlidir. Türkiyə ilə münasibətlərdə, xüsusilə də NATO-nun ən böyük və ən güclü ordularından birinə malik olan bu ölkəyə qarşı gerbdə ərazi iddiası simvolundan istifadə etmək ağılsızlıqdır və heç bir məntiqə sığmır”.

Tural Gəncəliyev vurğulayıb ki, Ermənistan kimi kiçik və cırtdan bir dövlətin belə addımlara əl atması isə xüsusilə yolverilməzdir:

“Keçmişdə edilən səhvlər indi düzəldilməlidir. Xatırladaq ki, 2014-cü ildə Rusiya Ukraynaya məxsus Krımı işğal etdikdən sonra orada poçt markaları və xəritələr yayılmağa başlamışdı. Təəssüf ki, bu tendensiya bu gün də dünyada davam edir. 

Məsələn, “Böyük İsrail” xəritəsini biz həm İsrail əsgərlərinin şevronlarında və hərbi geyimlərində, həm də siyasətçilərin çıxışlarında görə bilirik. Bu layihə Nil çayından Fərat çayına qədər əraziləri əhatə edir və Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Suriya, Livan kimi ölkələrin ərazi bütövlüyünü şübhə altına alan imiclər, şevronlar və xəritələrlə təbliğ olunur. Bu mənzərə “Böyük Ermənistan” layihəsini xatırladır — “dənizdən dənizə”, Qara dənizdən Xəzər dənizinədək uzanan iddialar kimi. Eləcə də Ağrı Dağı simvolundan imtina edilməlidir, əks halda bu, Türkiyə ilə münasibətlərin normallaşması qarşısında böyük maneə olaraq qalacaq”.

Deputat onu da əlavə edib ki, Ermənistanda olan şovinist və revanşist qüvvələr üçün bu vəziyyət fürsət yaratmaq deməkdir:

“Onlar iddia edəcəklər ki, Ağrı Dağı simvolu gerbimizdə və xəritəmizdə qalsın, bununla da gələcəkdə digər revanşistləri manipulyasiya etmək üçün əsaslandırma tapacaqlar ki, əgər gerbimizdə dağın şəkli varsa, biz onu heç vaxt unutmamalıyıq. İnsanları aldatmaq, boş ümidlər yaratmaq və nəticədə yeni münaqişələrə yol açan belə təşviqatların qarşısı alınmalıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri