Icma.az
close
up
RU
Ermənistan konstitusiyasında gözlənilən dəyişiklik: Sülh üçün zəruri və vacib addım

Ermənistan konstitusiyasında gözlənilən dəyişiklik: Sülh üçün zəruri və vacib addım

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin əsas məqsədi Cənubi Qafqazda uzunmüddətli sabitliyin və normal qonşuluq münasibətlərinin qurulmasıdır. Bu kontekstdə Ermənistan konstitusiyasında olan bəzi müddəalar, xüsusilə də Müstəqillik Bəyannaməsinə istinad danışıqlar üçün problem yaradan hüquqi və siyasi baryerlərdən biridir.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda imzalanan Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında 17 maddədən ibarət Sazişdə bildirilir ki, tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyırlar. Habelə bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir, həmçinin bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürürlər. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir.

Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Bu isə Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir.

Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan da Müstəqillik Bəyannaməsinin sülhə maneə olduğunu vurğulayaraq, ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu təsdiqləyib. Yəni rəsmi İrəvan da anlayır ki, ölkənin əsas sənədi sülhə maneədir və Minsk qrupunun tarixə qovuşması kimi, konstitusiyanın da dəyişməsi zəruridir.

Bəs Müstəqillik Bəyannaməsinə istinad nə üçün problematikdir?

Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsi 12 bənddən ibarətdir. Sənəddə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən "soyqırımı"nın tanınması"nı dəstəkləyir. Ermənilər "Qərbi Ermənistan" dedikdə Türkiyə Respublikasına, 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad etməklə Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Azərbaycan da haqlı olaraq bu müddəaların sülh müqaviləsinə əngəl törətdiyini bildirir.

Ermənistan konstitusiyasında belə bir məqsədin yer alması ərazi iddiasıdır və bu da beynəlxalq hüquqla ərazi bütövlüyü prinsipinə ziddir. Vaşinqtonda imzalanan müqavilə isə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını və qeyri-müdaxiləni tələb edir. Konstitusiyada belə bir istinadın qalması Ermənistanın gələcəkdə bu iddiadan yenidən istifadə edə biləcəyini göstərir, bu isə etimad böhranı yaradır. Çünki Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ərazi iddiası heç bir halda qəbul edilən deyil.

Bu dəyişikliyin sülh dövrü üçün zəruriliyi nədən ibarətdir?

Ermənistanın sülh müqaviləsini imzalayıb, ona əməl etməsi üçün, konstitusiya bu razılaşmalara zidd olmamalıdır. Əks halda konstitusiya-hüquqi kolliziya (əks qüvvələr arasındakı ziddiyyət) yaranacaq.

Həmçinin bu dəyişiklik Ermənistanın artıq Qarabağ məsələsində əvvəlki siyasətindən geri çəkildiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını göstərən mühüm siyasi jestdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə geosiyasi reallıqlar dəyişib, Azərbaycan yeni siyasi reallıq yaradıb. Ermənistanın konstitusiyasında hələ də bu cür müddəanın qalması yeni reallıqları rəsmi şəkildə qəbul etməməkdir. Bu baxımdan, Ermənistan konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması həm sülh üçün, həm də beynəlxalq hüquqa uyğunluq baxımından vacib addımdır. Bu dəyişiklik, həmçinin bölgədə sabitliyin bərqərar olması və gələcəkdə normal münasibətlərin qurulması üçün zəruri hüquqi zəmin yaradır.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see256

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see246

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see203

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see174

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see170

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see170

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see162

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see151

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see140

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see135

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see132

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see132

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see132

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see130

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see130

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see124

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see123

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri