Icma.az
close
up
RU
Ermənistan “müharibə qovşağı”na çevrilir: “Qərb regionda savaş lazımdır”

Ermənistan “müharibə qovşağı”na çevrilir: “Qərb regionda savaş lazımdır”

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Yervand Bozoyan: “Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndinin ləğvi müharibənin bərpası üçün əsas olacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti erməni müxalifəti və ictimaiyyəti tərəfindən ölkəni fəlakətə sürükləməkdə ittiham edilir. İrəvanın Qərbə istiqamətlənən siyasətinin ölkəyə ziyan gətirəcəyini, Ermənistanı “müharibə qovşağına” çevrəcəyini istisna etməyənlər hesab edirlər ki, bu, “qurban statusu” almaq deməkdir. İctimaiyyət Ermənistan hökumətinin siyasətini Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasəti ilə müqayisə edir. Bildirilir ki, bu ölkələrin başına gələnlərin Ermənistanın da başına gələcəyi istisna deyil.

Erməni politoloq Yervand Bozoyan deyib ki, Nikol Paşinyanın indiki siyasəti yalnız bir şeyə - ermənilərin olmadığı Ermənistana aparır.  Onun sözlərinə görə, Baş nazir elə bir vəziyyətdədir ki, o, Ermənistanın dövlətçiliyinə və erməni xalqının maraqlarına zərbə vuracaq addımlar atmağa məhkumdur: “Bu siyasət Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin siyasətinə bənzəyir. Eyni zamanda, artıq sülhün bərqərar olmasında maraqlı olmayan Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətinin təkrarıdır. Bilirsiniz, Qərb postsovet ölkələrinə Rusiya Federasiyasına qarşı mübarizə aləti kimi baxır və başqa niyyət yoxdur. İndi Zelenski başa düşür ki, müharibənin bitdiyi gün onun siyasi ölüm günü olacaq”.

“Ermənistan da oxşar vəziyyətlə üzləşib. Lakin problem ondadır ki, nə ərazi, nə də əhali baxımından Ermənistanın bu əbədi müharibəni aparmaq resursu yoxdur”, - deyə Bozoyan vurğulayıb.

Ekspert şübhə etmir ki, Qərbə Cənubi Qafqazda müharibə lazımdır: “Hətta hərbi əməliyyatların bərpası üçün konkret ssenarilərə işarə edir. 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatın 8 bəndinin iflasa uğradığı şəraitdə belə, sənədin 9-cu bəndinin ləğvi müharibənin bərpası üçün əsas olacaq”.

Məşhur amerikalı ekspert Cefri Saksın qiymətləndirmələrinə toxunan Bozoyan qeyd edib ki, Ermənistan üçün mövcud vəziyyətdən yeganə məqbul yol BRİKS-ə inteqrasiyadır: “Çünki BRİKS Ermənistanın təbii tərəfdaşlarının birliyidir. Ermənistan Rusiya, İran və Çin kimi ölkələrə qarşı çıxmamalıdır. Əks halda o, “Sülh yollarının kəsişməsi” deyil, “Müharibə qovşağı” və qurbana çevriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Noyabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri