Icma.az
close
up
RU
KİV: Ermənistan Rusiyanın almaz qovşağı na çevrilir

KİV: Ermənistan Rusiyanın almaz qovşağı na çevrilir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

G7 ölkələri və Avropa İttifaqı tərəfindən sərt qadağalara baxmayaraq, Rusiyadan olan almazlar dünya bazarlarında satılmaqda davam edir.

Oxu.Az bu barədə "The Moscow Times" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Avropa nəşrlərinin apardığı araşdırma göstərib ki, Moskva Ermənistanın əsas rol oynadığı dolayı sxem yaratmağa nail olub.

Qeyd olunub ki, Rusiyanın ən böyük almaz istehsalçısı və qlobal sənayenin liderlərindən biri olan "Alrosa" şirkəti Qərbin sanksiyaları altındadır. Bununla belə, o, Ermənistanın köməyi ilə öz məhsullarını Qərb bazarlarına uğurla çatdırmaqda davam edir. Bu ölkə vasitəsilə Aİ və ABŞ bazarlarına yüzmilyonlarla dollarlıq qiymətli daş-qaşlar göndərilir.

Avropa rəsmiləri etiraf edirlər ki, qiymətli daşların mənşəyi haqqında məlumat almazların cilalanması mərhələsində itir və bu, Rusiyaya onların mənbəyini gizlətməyi asanlaşdırır.

Araşdırmaya əsasən, sxemin əsas aləti 2022-ci ilin mayında Rusiyada təsis edilmiş "First Diamond Company" şirkətidir. Formal olaraq, FDC "Alrosa"dan asılı deyil, lakin onun sahibləri və top-menecerləri dövlət şirkətinə bağlıdır. 2022-ci ilin sonundan etibarən FDC Ermənistana aktiv olaraq almaz ixrac etməyə başlayıb. OCCRP-nin məlumatına görə, bu ölkəyə gətirilən daş-qaşların demək olar ki, yarısı Rusiya mənşəlidir.

Qeyd olunub ki, təkcə 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər Ermənistandan 290 milyon dollardan çox dəyərində almaz keçirilib.

Moskva İrəvanı tranzit qovşağı kimi istifadə edərək, əsas ixracat məhsullarından biri üçün Qərb bazarlarına çıxışını qoruyub saxlaya bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri