Ermənistan ordusunun tamamilə məhvi gündəmdədir Sərkisyan
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ermənistanın hakim partiyası ordunu kasıb ailələrin uşaqları ilə dolu hərbi hissələrə çevirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri “Ana Ermənistan” fraksiyasının lideri Arşak Sərkisyan deyib.
“Milli Məclisdə yaxın günlərdə belə bir qanun layihəsi müzakirə olunub ki, ordu kasıblarla varlılar arasında bölünsün. Layihəyə görə, 50 min dollar ödəyənlər məcburi hərbi xidmətdən azad olunacaqlar. Yəni kasıblar sərhəd bölgələrində vətəni qorumağa gedəcəklər, varlılar isə İrəvanın mərkəzində rahat yaşayacaqlar və xidmət etməyəcəklər.
Nikol Paşinyan əvvəllər demirdimi ki, mərkəzdə eviniz varsa, amma dolana bilmirsinizsə, satıb kənara köçün? İndi bu prinsip orduda tətbiq olunur – pulun varsa, xidmət etmirsən, pulun yoxdursa, sərhədə gedirsən. Bu qanun layihəsi ordunun tamamilə məhv edilməsinə yönəlib”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 18 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















