Icma.az
close
up
RU
Sərkisyan və Köçəryanın ŞOK Meğri planı: Ermənistan qarışdıran ETİRAF

Sərkisyan və Köçəryanın ŞOK Meğri planı: Ermənistan qarışdıran ETİRAF

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın keçmiş baş naziri Aram Sərkisyanın Qarabağ və Meğri ilə bağlı son açıqlamaları bütün ölkədə rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, Sərkisyan keçmiş prezident Robert Köçəryanın hakimiyyəti illərində onun otağında bu məsələ ilə bağlı iclas keçirildiyini deyib.

A.Sərkisyanın sözlərinə görə, otaqda o, Köçəryan, keçmiş prezident Serj Sərkisyan və başqa iki nəfər olub. Bu zaman Serj Sərkisyan Qarabağ məsələsinin həlli üçün Köçəryanın təklifi və razılığı ilə Meğrinin mübadiləsini planlaşdırdığını və buna hazırlıq görüldüyünü açıqlayıb. O, Köçəryan-Sərkisyan ikilisinin Qarabağı Meğri ilə mübadilə etməyi düşündüyünü deyib.

Sərkisyanın yanvarın 3-də verdiyi müsahibədə səsləndirdiyi iddialar bütün ölkədə müzakirələrə səbəb olub. Əvvəllər Köçəryanın yaxın adamlarından hesab olunan, hətta onun prezidentliyi dövründə dövlət başçısının məsləhətçi vəzifəsini də icra etmiş Aram Sərkisyanın sözləri illər sonra etiraf kimi dəyərləndirilib. Ermənistan ictimaiyyətində keçmiş prezidentlərlə bağlı narazılıq daha da artıb.

Məsələ ilə bağlı Köçəryanın ofisinin rəsmisi Baqrat Mikoyan “Yerevan Today”a açıqlama verib. O, Aram Sərkisyanın bütün iddialarını rədd edib:

“Mən sözügedən müsahibəni izləməmişdim, lakin artıq tanış oldum. İndi daha da əmin oldum ki, keçmiş prezident Köçəryanın fəaliyyət müddətində verdiyi ən doğru qərarlardan biri Aram Sərkisyanı baş nazir vəzifəsindən uzaqlaşdırmaq olub. Köçəryanın kitabında 2011-ci ildə o zamankı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qarabağ mövzusunda Ki-Uestdə keçirilən görüş haqqında detallara ətraflı yer verilib. Orada Meğrinin təhvili ilə bağlı hər hansı sənəd imzalanmayıb, belə müzakirə də olmayıb. Erməni reallığının ən məşhur siyasi talançının belə yalan iddialar səsləndirməsi təccübləndirmir. Köçəryanın Meğrini təhvil verməsi ilə bağlı yayılan söhbətlər əsassızdır, ona görə də bu mövzunun davam etdirilməsi çox mənasızdır”.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Yanvar 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri