Icma.az
close
up
RU
Ermənistan öz sərhədlərini müstəqil qorumaq imkanlarını nəzərdə tutur Paşinyan

Ermənistan öz sərhədlərini müstəqil qorumaq imkanlarını nəzərdə tutur Paşinyan

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin sərhədlərinin qorunması sistemində mühüm dəyişikliklərin olacağını bəyan edib.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Türkiyə və İranla sərhədin bəzi sahələrində rusiyalı sərhədçilərin mərhələli şəkildə Ermənistan sərhədçiləri ilə əvəz olunacağını bildirib.

Paşinyanın sözlərinə görə, bu proses Ermənistanın daxili resurslarının və sərhəd qoşunlarının potensialının artması ilə mütənasib şəkildə həyata keçiriləcək:

“Tədricən, resurslarımız artdıqca, biz sərhədin daha çox hissəsinə nəzarəti öz üzərimizə götürə bilərik. 1990-cı illərin əvvəllərində imzalanmış müqavilə də məhz Ermənistanın vaxt keçdikcə öz sərhədlərini müstəqil qorumaq imkanlarını artırmasını nəzərdə tutur”.

Baş nazir qeyd edib ki, hazırda Rusiya tərəfi ilə maliyyələşmə məsələləri də müzakirə olunur. Belə ki, sərhədlərin qorunması üçün xərclərin artırılması gündəmə gələrsə, Ermənistan bu vəsaiti rusiyalı hərbçilərə ödəmək əvəzinə, öz sərhəd xidmətinin inkişafına yönəltməyə üstünlük verəcək.

Qeyd edək ki, aprelin 15-də Nikol Paşinyan Ermənistan və Rusiya arasındakı münasibətlərin “görünməmiş dərəcədə yüksək” səviyyədə olduğunu və iki ölkə arasında nifaq salmaq cəhdlərinin nəticəsiz qaldığını bəyan etmişdi.

Xatırladaq ki, artıq 2024-cü ilin avqustundan “Zvartnos” hava limanında, 2025-ci ilin yanvarından isə İranla sərhəddəki bəzi keçid məntəqələrində erməni sərhədçilər xidmətə başlayıblar.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Aprel 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri