Ermənistan prezidenti 43 km lik yol dan danışdı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Sünik Ermənistanın inkişafı üçün qapıya çevriləcək".
"Unikal" xəbər verir ki, bunu Sünik vilayətinə işgüzar səfəri zamanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
"Əgər biz Sünikin qapılarını aça bilsək, onda siz həqiqətən əmin ola bilərsiniz ki, gələcək inkişaf baxımından bizə böyük imkanlar verəcək.
İndi təqdim etdiyimiz və təbliğ etdiyimiz möhtəşəm proqram, “Sülh yollarının kəsişməsi” də beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılanır. Bunu birbaşa şəxsi əlaqələrim nəticəsində sizə təqdim edə bilərəm.
Biz böyük bir kəşf etməmişik, amma əslində orada olanları masanın üzərinə qoyub bu imkanları göz önünə gətirəndə biz bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq.
Məqsədimiz o sülh sazişini mümkün qədər tez imzalamaqdır", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu


