Paşinyan tələbələrə “Real Ermənistan”dan danışdı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Erebuni inzibati rayonunda tələbə və məktəblilərdən ibarət qrupla görüş keçirib və “Real Ermənistan” ideologiyasını təqdim edib.
Modern.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Ermənistan baş nazirinin Aparatından bildirilib ki, görüş zamanı Nikol Paşinyan iştirakçıların “Real Ermənistan” ideologiyasının prinsipləri, təhsil, hüquq sahəsində problemlər və digər mövzularla bağlı suallarını cavablandırıb.
Qeyd olunub ki, bu cür görüşlər mütəmadi olaraq keçirilir.
“Real Ermənistan” ideologiyası Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən və regionda yaranan yeni reallıqlardan sonra ölkənin siyasi, hüquqi və ictimai düşüncəsini kökündən dəyişmək üçün irəli sürülmüş dövlət doktrinasıdır. Paşinyan bu konsepsiyanı ilk dəfə 2024-cü ildə ictimaiyyətə təqdim edib, 2025-ci ilin fevralında isə xalqa müraciətində rəsmi layihə kimi elan edib.
Doktrina hazırda Paşinyan hökumətinin 2026–2031-ci illər proqramının və elan edilən "Dördüncü Respublika" hədəfinin əsas ideoloji sütununu təşkil edir. Bu ideologiyanın ana xəttini ""Tarixi Ermənistan" xülyalarından imtina edərək, beynəlxalq səviyyədə tanınmış real sərhədlər daxilində dövlət qurmaq" prinsipi təşkil edir.
Paşinyan "Real Ermənistan"ı beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazi daxilində mövcud olan suveren dövlət kimi qəbul edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















