Ermənistan prezidenti: Azərbaycanla hərtərəfli sülh yarada bilərik
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Ümid edirik ki, Azərbaycanla hərtərəfli sülh yarada bilərik”.
Reyting.az Ermənistan mətbuatına istinadla bildirir ki, bunu Ermənistan prezidenti Vaqn Xaçaturyan bu gün Gürcüstan prezidenti Mixail Kavelaşvili ilə birgə mətbuat konfransında deyib.
“Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək səylərini yüksək qiymətləndirir”,- o qeyd edib.
Erməni prezident əlavə edib ki, İrəvan iki və üçtərəfli əməkdaşlıq platformalarının yaradılması təşəbbüslərini alqışlayır və ümumi iqtisadi layihələrin həyata keçirilməsində əməkdaşlıq yollarının tapılmasında Gürcüstanın rolunu yüksək qiymətləndirir.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Azərbaycanla sülh... Ermənistan prezidenti açıqladı
06 May 2026 20:47
Azərbaycanla sülh an məsələsidir Ermənistan Prezidenti
21 Noyabr 2025 11:34
Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı
03 Sentyabr 2026 20:36
Ermənistan Prezidenti Azərbaycanla sülh barədə DANIŞDI: Tarix açıqladı
31 İyul 2025 22:58
Ermənistan Prezidenti: Azərbaycanla aramızda yeni səhifə açılır
12 Dekabr 2025 12:03
Baxış sayı:129
Bu xəbər 29 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















