Ermənistan Prezidenti Azərbaycanla sülh barədə DANIŞDI: Tarix açıqladı
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Prezidenti Vaaqn Xaçatryan ölkələr arasında sülh müqaviləsinin mümkünlüyü ilə bağlı nikbin açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Sünik (Zəngəzur) vilayətinə səfəri zamanı sərhəd kəndlərinin sakinləri ilə görüşdə danışıb.
“Azərbaycanla sülh olacaq. Biz hazırda bunun üçün çalışırıq,” – deyə Xaçatryan qeyd edib.
Prezidentin sözlərinə görə, Ermənistan rəhbərliyi uzunmüddətli sülhün əldə olunması və regionda gərginliyin azalması istiqamətində diplomatik addımlar atmağa davam edir. O, sakinlərin narahatlıqlarını başa düşdüyünü bildirib və vurğulayıb ki, bu proses həm Ermənistanın, həm də bölgənin təhlükəsizliyi baxımından vacibdir.
Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə regionda davamlı sülh yalnız dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında mümkün olacağını bəyan edib. Bakı real və praktik nəticələrə gətirəcək danışıqlarda maraqlıdır, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi tez-tez bu prosesə əngəl törədir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 İyul 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















