Ermənistan Prezidenti Azərbaycanla sərhədin açılacağına inamını ifadə edib
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycanla sərhədin açılacağına inamını ifadə edib.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında bildirib ki, uğur əldə olunacaq, çünki razılaşmalar çox konkretdir. “Prinsiplər bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etmək üçün çox konkretdir. Biz bu prinsiplərə əsaslanacağıq. Sərhədləri açacağıq. Əminəm ki, bir neçə ildən sonra təkcə ən yüksək siyasi səviyyədə deyil, həm də Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçib bir-biri ilə iş görəcəyi, bir-birinin üstünlüklərindən istifadə edəcəyi zaman hər şey adi hala gələcək”, - deyə Ermənistan Prezidenti bildirib.
Vaaqn Xaçatryan qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli bölgəyə çevriləcək: “Avropa və Asiya arasında ən yaxşı yol Cənubi Qafqazdan keçir. Bu proses uğur qazanacaq, çünki təkcə siyasi deyil, həm də iqtisadi maraq var. Prezident İlham Əliyevə, Baş nazirimiz Nikol Paşinyana - hər ikisinə siyasi iradəyə görə təşəkkür etmək istəyirəm. Proses 30 il təxirə salındı, danışıqlar aparıldı və nəticə alınmadı. Yalnız iki ölkənin liderləri prinsiplər, ümumi prinsiplər üzərində razılığa gəldikdə, biz uğur qazana bilərik. Həmçinin məsuliyyəti öz üzərinə götürə bilən və 8 avqustda bu tarixi sənədin imzalanmasını təşkil edə bilən ABŞ prezidenti cənab Trampın rolunu da vurğulamalıyam.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















