Ermənistan pul vermədi: KTMT müzakirə edəcək KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Ermənistan”a bildirilib.
Nazirlik təsdiqləyib ki, İrəvan KTMT katibliyini maliyyələşdirmədə iştirak etməyəcəyinə dair rəsmi şəkildə xəbərdarlıq edib. Qurum əlavə edib ki, təşkilatın daxili prosedurlarına görə, illik büdcə ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan 2025-ci ilin sonuna qədər üzvlük haqqını ödəməsə, KTMT-yə üzv dövlətlər vəziyyətin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirə bilər.
Qeyd edək ki, İrəvan may ayında 2024-cü il üçün KTMT büdcəsinə maliyyə ayırmaqdan imtina etdiyini rəsmi şəkildə elan edib. Buna baxmayaraq, təşkilatın nümayəndələri Ermənistan üçün 2025-ci ilin üzvlük haqqının yenə də hesablanacağını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 31 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















