Icma.az
close
up
RU
Ermənistan KTMT yə gəlmədi...

Ermənistan KTMT yə gəlmədi...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İrəvan bu dəfə də müttəfiqləri ilə bir masa arxasına oturmadı

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin növbəti toplantısı da Ermənistansız keçdi. İclas çərçivəsində təşkilatın kollektiv qüvvələrinin fəaliyyəti də gündəmdə olub. Qeyd olunub ki, KTMT qüvvələri müasir dövrün hərbi təhdid və çağırışlarına qarşı birlikdə cavab verməyə hazırdır. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın müdafiə nazirləri, həmçinin KTMT-nin baş katibi, Katiblik və Birləşmiş Qərargahın nümayəndələri iştirak ediblər. Görüş zamanı 2026-2030-cu illəri əhatə edən yeni hərbi əməkdaşlıq planı təsdiqlənib.

Ermənistan növbəti dəfə öz müttəfiqləri ilə bir masa arxasında oturmayıb. Halbuki son dövrlərdəki proseslər onu göstərirdi ki, artıq “buzlar” əriməyə başlayıb. Buna qədər bir neçə dəfə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxmağı planlaşdırmadığını demişdi - paralel olaraq ötən həftə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov da İrəvan-KTMT əməkdaşlığının yenidən bərpa olunacağına işarə vurmuşdu. Amma proses göstərir ki, işlər “planlaşdırılan” şəkildə inkişaf etməyib...

Bəyanat verir, amma...

Ümumiyyətlə, artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. İrəvan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmiş həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən boyun qaçırmışdı. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı.

Ötən il fevralın 22-də Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirmişdi. 2024-cü ilin mayında isə Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan etmişdi. Ardından həmin ayın sonunda Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməmişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə KTMT Xarici İşlər Nazirləri Şurasının ötən ilin iyunun 21-də Almatıda keçirilən iclasına da qatılmamışdı. Nəhayət, baş nazir Paşinyan ötən il noyabrın 28-də Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına getməkdən imtina etmişdi. 

İrəvanın “son” gedişi...

Bişkekdə keçirilən KTMT üzvü olan ölkələrin müdafiə nazirlərinin iclasında Ermənistanın yenidən iştirak etməməsi rəsmi İrəvanın geosiyasi kursu ətrafında sualları daha da artırır. Vurğulandığı kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfəri  çərçivəsində verilən açıqlamalar Ermənistan-Rusiya münasibətlərində “buzların əriməsi”nə ümid yaratmışdı. Amma baş verənlər göstərdi ki, Ermənistan hələ də Qərb kursundan tamamilə vaz keçməyib və “Moskvaya dönmək”də tərəddüd edir. Lavrovun səsləndirdiyi əməkdaşlıq mesajları Ermənistanın KTMT-dən və ümumiyyətlə Rusiya ilə hərbi-siyasi blokdan kənarda qalmasının rəsmi Moskva tərəfindən xoş qarşılanmadığını açıq şəkildə göstərirdi. Onun səfəri Moskvanın Ermənistanı yenidən regional təhlükəsizlik platformalarına qaytarmaq istiqamətində son diplomatik cəhdlərindən biri kimi qiymətləndirilirdi.

Buna baxmayaraq, Ermənistan nəinki KTMT iclasında iştirak etmədi, hətta Bişkekdəki görüşlə bağlı heç bir rəsmi bəyanat da vermədi. Bu, Paşinyan hökumətinin açıq şəkildə Qərbin orbitində qalmaq istəyini də nümayiş etdirən fakt kimi qəbul oluna bilər.

İki stul arasında...

Maraqlı cəhət budur ki, son aylarda Qərbin Ermənistana münasibətində əvvəlki “həvəs” müşahidə olunmur. Aİ və ABŞ-dan gələn dəstək daha çox siyasi jestlər səviyyəsində qalır və konkret əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı hər hansı bir anons, mesaj səsləndirilmir. Beləliklə, Ermənistanın geosiyasi xəritədəki hazırkı durumu “iki stul arasında qalmaq” ifadəsi ilə daha dəqiq xarakterizə edilə bilər. 2020-ci ildən sonra Rusiyadan uzaqlaşmağa çalışan İrəvan Avropa və ABŞ-ın keçmiş prezident administrasiyası ilə əlaqələri gücləndirməyə çalışdı. Bayden-Blinken administrasiyasının dəstəyi nəticəsində İrəvan özünü ABŞ-ın yaxın “tərəfdaşı” kimi qələmə verməyə başladı. Amma nəticə bir daha onu göstərir ki, Qərbin Ermənistanı Cənubi Qafqazda özünün əsas tərəfdaşı kimi görmək niyyəti olmayıb - daha çox bu ölkədən geosiyasi alət kimi istifadə edilib. Hətta Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərsə də, bu addım təhlükəsizlik baxımından real bir müdafiə təminatı kimi xarakterizə oluna bilməzdi. ABŞ-ın isə Ermənistana o dövrdəki marağı Bayden administrasiyasının ermənipərəst mahiyyəti ilə lokallaşırdı. Bu baxımdan İrəvan faktiki olaraq hər iki tərəfdən - həm KTMT-dən, həm də Qərbdən - eyni anda uzaq düşmək dövrünü yaşayır.

Yeganə çıxış yolu Azərbaycanla sülhü imzalamaqdır...

Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qələbəsi və regionda formalaşan yeni geosiyasi balans fonunda Ermənistanın hələ də siyasi müəmmalar içində dolaşması həm regionda, həm də öz daxilində qeyri-müəyyənlik yaradır. Paşinyan hökuməti daxili siyasi legitimliyi qorumaq üçün zaman-zaman Qərb yönümlü bəyanatlar verir - lakin praktik addımlar atmır. Hazırkı vəziyyət isə Ermənistan üçün “seytnot” yaradıb. İrəvan nəticədə özünü daha da təcrid vəziyyətinə salır. Amma çıxış yolu var - Azərbaycanın irəli sürdüyü şərtlərə əməl edərək sülh sənədinin imzalanması Ermənistan üçün yeganə çıxış yoludur. Bu yolla Ermənistan özünün müstəqilliyini “elan” edə bilər. Çünki Azərbaycanın bölgənin inkişafı üçün planlaşdırdığı layihələrdə iştirakı Ermənistanı dövlət kimi təsdiqləyəcək. Əks halda Ermənistan regional və qlobal güclər arasında “get-gəl”də qalacaq.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri