“Ermənistan Qarabağla bağlı gələcəkdə də iddia qaldıra bilməyəcək”
Icma.az, Tribuna saytına istinadən bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarında qondarma “erməni soyqırımı”nı inkar etməsi və Azərbaycana qarşı beynəlxalq iddialardan imtina edilə biləcəyini deməsi daşnakları ciddi şəkildə narahat edib. Tribunainfo.az xəbər verir ki, “Daşnaksütun” Partiyasının rəhbəri İşxan Saqatelyanın bu barədə verdiyi açıqlama da bunu təsdiqləyir.
O deyib ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməsi bir sıra problemlərə yol açacaq. Onun sözlərinə görə, bu, gələcəkdə də İrəvan üçün bəzi sıxıntılar yarada bilər. “Bu, Qarabağın Azərbaycan ərazisi olaraq tanınması deməkdir. Bu həm də gələcəkdə həmin iddia ilə çıxış etmək perspektivini də aradan qaldırır”.
P.S. Bu yaramazlar hələ də anlamırlar ki, Qarabağ məsələsi bitib. Amma yenə də əl çəkmirlər. Gələcəkdə belə Qarabağa iddia etmək üçün indidən ağıllarıyca “zəmin” hazırlamağa çalışırlar. Amma unudurlar ki, bütün bunların hamısı xülyadan başqa bir şey deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















