"Ermənistan Qarabağla bağlı bütün məqamlardan əl çəkir"
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Vaşinqton prosesində ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanatın qəbul edilməsi gözlənilir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmış variantı ilə bağlı niyyət protokolu da razılaşdırıla bilər.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov Teleqraf-a geniş müsahibəsində deyib.
"Bu, Ermənistan Baş naziri və dövlətinin Qarabağla bağlı bütün mübahisəli məqamlardan əl çəkməsi deməkdir. Onlar bundan sonra Qarabağ məsələsində heç nəyi mübahisələndirə bilməyəcəklər. Beləliklə, tam olaraq Ermənistan bu diyarın Azərbaycan torpağı olmasını qəbul edir. Bu, vacib elementdir. Post-Paşinyan dövründə erməni siyasətçiləri cığallıq etmək istəsələr, onlara məhz bu niyyət protokolu göstəriləcək və onlara xatırladılacaq ki, burada Ermənistan rəhbərinin imzası var", - o, əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Avqust 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















