Icma.az
close
up
RU
Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? AÇIQLAMA

Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan əsgərləri Qaragöl yaxınlığındakı posta gedərkən Azərbaycan sərhəd məntəqəsinin düz yanından keçirlər.
Modern.az-ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib.

Nazir həmin yerdə Azərbaycan hərbçilərinin erməni əsgərləri saxlayıb yoxladığı barədə iddialarla razılaşmayıb. O, erməni əsgərlərin Azərbaycan sərhəd məntəqəsinin yaxınlığından keçdiyini təsdiqləyib, lakin onların yoxlandığını təkzib edib.

S.Papikyan deyib ki, iki seçim var: ya Ermənistan bu mövqedən həmişəlik çəkilməli, ya da erməni hərbçilər Azərbaycanın sərhəd məntəqəsinin yanından keçməyə davam etməlidir.
Nazirin sözlərinə görə, məsələ demarkasiya və delimitasiya komissiyalarının səlahiyyətlərinə aiddir:
“Bu qərarı tək mən verə bilmərəm. Əgər həmin mövqedən imtina əmri versəm, birmənalı şəkildə ərazini güzəştə getməkdə ittiham olunacağam", - deyə nazir bildirib.

Papaikyan deyib ki, Qaragöl ətrafındakı gərgin vəziyyət 2021-ci ilin may ayından hazırkı günədək davam edir.
Xatırladaq ki, Qaragölün ərazisi dəniz səviyyəsindən 2658 metr hündürlükdə Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşir. Ərazi uzun illər Ermənistanın işğalı altında olub.  
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2021-ci il mayın 12-də Qaragöl istiqamətində dövlət sərhədini bərpa edib. O zaman rəsmi İrəvan dünyaya car çəkirdi ki, guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub.
Lakin bütün təxribatlara və təzyiqlərə məhəl qoymayan Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafından geri çəkilmədi, əksinə, ərazidəki mövqelərini möhkəmləndirdi.
Qeyd edək ki, Ermənistan hələ 1992-ci ildə Laçını işğal edəndən sonra sözügedən  ərazidə dövlət sərhədini irəli çəkmişdi. Nəticədə Laçın ərazisindəki Qaragöl bölgəsini mənimsəmişdilər.
Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmırdı.
Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafını düşməndən geri alaraq, onları geri çəkilməyə məcbur edib. Ermənistan ordusu bir neçə dəfə ərazidə silahlı toqquşma yaratmağa cəhd göstərib.
 

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri