İran ətrafındakı gərginliklə bağlı Ceyhun Bayramovdan AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Avropa ilə Asiya arasında yerləşən regionun qlobal və regional neqativ tendensiyalardan kənarda qalması real deyil”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
C.Bayramov vurğulayıb ki, görüş zamanı İran ətrafında baş verən proseslər və Yaxın Şərqdə sülhün əldə olunması məsələləri də müzakirə edilib.
Nazir beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyini qeyd edib:
"Vahid yanaşma ondan ibarətdir ki, diplomatik, siyasi yollara üstünlük verilməlidir. Beynəlxalq hüquqa riayət edilməlidir. Atəşkəsə nail olunması, qalıcı sülhə çevrilməsi bütün ölkə üçün önəmli məqamlardan biridir".
Nazir qeyd edib ki, Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli əməkdaşlıq formatı ölkələrin regional məsələlərdə koordinasiyalı fəaliyyətini nümayiş etdirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















