Icma.az
close
up
RU
Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq AÇIQLAMA

Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Bununla bağlı İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Pezeşkianın İrəvana səfərindən gözləntilər nədir?

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Məsud Prezşkianın Ermənistana səfəri bəzi önəmli məqamlar baxımından böyük maraq doğurur:

"Çünki son vaxtlar Ermənistan İranın maraqlarına ciddi problemlər yarada biləcək istiqamətdə addımlar atmağa başlayıb. Bu addımların sırasında Zəngəzur dəhlizinin açılması prosesində Amerika Birləşmiş Ştatları ilə yaxından əməkdaşlıq məsələsi də var. Hətta belə ehtimallar var ki, səhnə arxasında Amerika Birləşmiş Ştatları Ermənistanla Zəngəzur dəhlizinin icarəyə götürülməsi məsələsini müzakirə edir. Bu da o deməkdir ki, Amerika Birləşmiş Ştatları tezliklə Zəngəzur dəhlizi üzərindən İran sərhədləri boyunca yerləşmiş olacaq. Bu da təbii ki, İranın maraqlarına tamamilə ziddir. Çünki Amerika Birləşmiş Ştatları əgər bu hədəfinə çatarsa, o zaman İran sərhədləri ilə birbaşa təmas məkanına çıxmış olacaq. Təbii ki, belə bir situasiyada rəsmi İrəvan üçün də müəyyən problemlər yaranır".

O bildirdi ki, İran Ermənistanın ən ciddi dəstəkçiləri sırasında yer alır:

"Rəsmi İrəvan indi əlindən gələni etməyə çalışır ki, İranda bu məsələ o qədər də ciddi qıcıq doğurmasın. Hətta Paşinyan hakimiyyəti israrla yayılan xəbərləri təkzib eləməklə İranı arxayınlaşdırmağa çalışır. Rəsmi İrəvanın əsas hədəfi ondan ibarətdir ki, Zəngəzur dəhlizi ətrafında baş verən hadisələr İranın Ermənistana verdiyi dəstəyi zəiflətməsin. Yəni bu baxımdan rəsmi İrəvan İran Prezidentinin Ermənistana səfərindən bütün bu məsələləri yoluna qoymaq baxımından istifadə eləmək niyyətindədir. Eyni zamanda İran prezidentinin də Ermənistana səfəri İran üçün kifayət qədər ciddi əhəmiyyət daşıyır. Çünki bu səfər çərçivəsində rəsmi Tehran Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı atmağa hazırlaşdığı addımları müzakirə edə bilər və xüsusilə də rəsmi Tehranı narahat eləyən bəzi suallara cavab tapmağa çalışa bilər. Yəni hər iki tərəf narahatlıq doğuran mövzuların müzakirəsinə ümid bəsləyə bilər".

Müsahibimizin sözlərinə görə, Ermənistan necə Rusiyaya xəyanət etmişdisə, yaxın gələcəkdə İrana qarşı da bir xəyanət yolu tutacaq və İranı da qərbə satacaq:

"Yəni bu baxımdan İran-Ermənistan münasibətlərinin indiki səviyyəsinin davam etməsi o qədər də uzun çəkməyəcək. Böyük ehtimalla yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin pozulması qaçılmaz xarakter daşıyacaq", - deyə Elçin Xalidbəyli vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri