Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Ermənistan Rusiyanı və İranı necə aldatdı?!

Ermənistan Rusiyanı və İranı necə aldatdı?!

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda Avropa İttifaqına üzvlük kursunu başlatmaq haqqında qanun layihəsi müzakirə olunur. Başqa sözlə, bu qanun qəbul edilsə, Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət edəcəyi qaçılmazdır.

Bu layihəyə Rusiyadan, təbii olaraq, sərt reaksiya gəldi. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini obrazlı şəkildə ""Titanik" gəmisinə bilet" adlandırıb. Bununla Overçuk demək istəyib ki, Ermənistan batan gəmiyə bilet alıb.

Aleksey Overçuk Rusiya-Ermənistan hökumətlərarası komissiyasının sədridir. O, Rusiyanın Ermənistan üçün nələr etdiyini çox yaxşı bilir.

Biz hələ onu demirik ki, Rusiya Azərbaycan və qismən də Gürcüstan torpaqları hesabına Ermənistan dövləti yaradıb. Bu süni ölkə 1922-ci ildə müttəfiq respublika kimi Sovet İttifaqına daxil olub, 1991-ci ildə ordan müstəqil dövlət olaraq çıxıb. İstər Rusiya İmperiyası dövründə, istər Sovet İttifaqında, istərsə də, indiki Rusiya Federasiyasının siyasətində ermənilərə və Ermənistana xüsusi - güzəştli münasibət olub. Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini də Moskva həmişə müdafiə edirdi. Ermənistan öz geosiyasi vektorunu Qərbin xeyrinə dəyişməyə başladıqdan sonra da Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlər əvvəlki kimi qalır, hətta yüksəlirdi. Rusiya Ermənistana ən çox investisiya qoyan- birinci yerdə olan ölkədir. Hətta Rusiya-Ukrayna müharibəsinin başladığı və getdiyi 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Ermənistana 780 milyon dollar həcmində investisiya qoyulmuşdu. 2023-cü ildə bu rəqəm 2,2 milyard dollara çatdı. 2024-cü ilin 9 ayında isə bu rəqəm 4 milyarda yaxın olub. Rusiya ilə Ermənistan arasında xarici ticarət dövriyyəsi 2024-cü ilin 9 ayında 9,7 milyard olub. Bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 99,2 faiz (!) artım deməkdir. Rusiyanın Ermənistan iqtisadiyyatına yönəltdiyi sərmayələr bu ölkəyə qoyulan xarici sərmayələrin 40 faizi qədərdir. Rusiya hökumətinin və Xarici İşlər Nazirliyinin hesabatlarına nəzər yetirdikdə, Rusiyadan Ermənistana göstərilmiş və göstərilməkdə olan yardımlar, tikilən və ya təmir edilən sənaye obyektləri, qurulan infrastrukturun, çəkilən yollar, o cümlədən, dəmir yolları, məktəblər, xəstəxanlar və sair haqqında statistikaya baxanda, adamı heyrət bürüyür. Rusiya Ermənistana özünün federasiya subyektlərinə baxdığından daha yaxşı baxıb, onu himayə edib, iqtisadiyyatını böyüdüb, bu ölkəni qoruyub və sair. Amma əvəsində nə aldı? Rusiya çətinə düşən kimi Ermənistan bunu fürsət bilib, Moskvadan ez döndərdi və Avropa İttifaqına qoşulmaq üçün müzakirə aparır.

Aleksey Overçuk indi ayılıb və "iqtisadi ultimatum" verib. O, İnterfaks" agentliyinə deyib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında ola bilməz. Overçuk deyib ki, Ermənistan bu iki qurum arasında seçim etməlidir. Rusiya rəsmisi onu sa əlavə edib ki, Ermınistanın Avropa İttifaqına üzvlüyü haqqında qanun layihəsini tərtub edınl Burdan görünür ki, Rusiya Ermənistanın Avropa İttifaqına doğru dreyfini dayandırmaq üçün İrəvana qarşı sanksiyalar tətbiq edə bilər. Hətta Ermənistanın Avrasiya İqtisado İttifaqında üzvlüyü dayandırıla və başqa addımlar da atıla bilər.

Rusiya rəsmisi onu da əlavə edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü haqqında qanun layihəsini hazırlayan şəxslər Ermənistanın öz xalqı və Avrasiya İqtisadi İttifaqı qarşısında səmimi olsaydılar, həmin layihədə qanun qüvvəyə minən andan Ermənistanın İttifaqda üzvlüyünü dayandırması haqda maddə əlavə edərdilər. Yəni Overçuk demək istəyir ki, Ermənistan Avropa İttifaqına üzv olmazdan qabaq Avrasiya İqtisadi İttifaqını tərk etməlidir. Bununla da o, Ermənistanın Rusiyanı aldatdığını etiraf edib.

Ən qəribəsi odur ki, Rusiyada hələ də Ermənistandan səmimiyyət gözləyənlər varmış!

Zamanında təbəələri olduğu Osmanlı kimi imperiya dövlətinə xəyanət etmiş qövmdən Rusiya da xəyanət gözləməli idi. Bu, əvvəl-axır belə olacaqdı. Keçən əsrin əvvəlində Osmanlı dövləti zəifləyəndə də bu xalq onu kürəyindən xəncərlədi; ölkə xarici işğalçılara qarşı müharibə apararkən, ermənilər indiki Türkiyənin şərq vilayətlərində hökumət əleyhinə üsyanlar qaldırmışdı. Türklərə, kürdlərə qarşı soyqırım törətmişdi. Köməyinə kim gəlmişdi?! Rusiya. İndi isə Ermənistan Rusiyanın özünə qarşı xəyanət yolu tutub. Bu qanun layihəsi təkcə Rusiyaya yox, elə İrana da qarşı xəyanət və təhqirdir.

Məlumdur ki, Ermənistanda Avropa İttifaqının Müşahidə Missiyası var və bu, faktik olaraq NATO hərbi kontingentidir. Bu "mülki" missiyanın Ermənistanda qalma müddətini uzadılması da müzakirə olunur. Bir müddətdən sonra bu missiyanın bazasında Fransa hərbi bazası adı altında NATO-nun hərbi bazası yaradılsa, təəccüblü olmayacaq. Rusiya bizdən soruşur ki, Azərbaycanda Türkiyənin hərbi bazası olacaq? Cavab verilir ki, olmayacaq. "Çünki buna ehtiyac da yoxdur" deyilib. Baxmayaraq ki, Türkiyə NATO üzvü olsa da, bölgə dövlətidir. Amma Moskva bu sualı himayə etdiyi, dövlət kimi qurub, qoruduğu, bölgənin başına bəla etdiyi Ermənistandan soruşmalı idi: Fransanın hərbi bazası olacaq, ya yox?! O missiyanın Ermənistanda nə işi var?! Və sair, və ilaxır.

Ermənistanın xəyanət yolu tutduğuna rəğmən Rusiya da, İran da onu dəstəkləməkdə davam etdilər. Hələ də edirlər. Fransa prezidenti Rusiya əleyhinə Ukraynanı dəstəkləyir. İranı beynəlxalq təhlükəsizliyə təhdid elan edir. İndi həmin Fransa İranın sərhədləri yaxınlığında hərbi baza yerləşdirməyin, Rusiya bazasının oradan vurulub çıxarılmasına nail olmağın bir addımlığındadır.

Məsələ ondadır ki, Azərbaycan dəfələrlə - dönə-dönə xəbərdarlıq etmişdi. Ermənistanın onun arxasında duranlara bir gün "təşəkkür" edəcəyini demişdi. Həmin gün gəlib çatdı. Bu gün Rusiya da, İran da Ermənistana elədikləri yaxşılıqlara görə "minnətdarlıq" paylarını aldılar...

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri