Icma.az
close
up
RU
Ermənistan siyasəti: Paşinyanın istefasını əvvəlcədən proqnozlaşdırmaq çətindir, amma...

Ermənistan siyasəti: Paşinyanın istefasını əvvəlcədən proqnozlaşdırmaq çətindir, amma...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın aylarda istefa verəcəyi iddia edilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu iddia ilə Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib. O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Hazırda ölkənin daxilində olan iğtişaşlar və anti-Paşinyan mövqeyi sərgiləyən qüvvələrin sayının artması da hər şeyi sübut edir. Hökumətə qarşı yönələn tələblər və müxalifət qüvvələrinin sayının artması ölkənin gələcək siyasi kursu ilə bağlı ciddi suallar doğurur. Bu vəziyyət Paşinyanın rəhbərlik etdiyi hökumətin cəmiyyətin geniş təbəqələri tərəfindən artıq dəstəklənmədiyini ortaya qoyur. 

Bəs sözügedən iddialar nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oktay Qasımov bildirib ki, Ermənistan siyasətçilərinin səsləndirdiyi fikirləri çox vaxt birmənalı olmur: 

"Ermənistanda siyasətçilər tərəfindən qeyd edilən iddiaların böyük çoxluğu siyasi qüvvələr arasındakı mübarizədən ortaya çıxan fikirlərdir və təbliğat xarakteri daşıyır. Əlbəttə ki, Paşinyanın istefa verəcəyi və ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər bu istiqamətdən dəyərləndirilməlidir. Ermənistan 2021-ci ildə də N.Paşinyanın təşəbbüsü ilə növbədənkənar səsvermə keçirdi, özü də kampaniyanın başında duraraq qələbə qazandı. Belə bir addımın atılması ehtimalı var. Lakin bu istiqamətdə dəqiq fikir söyləmək mümkün deyil. Paşinyanın istefa verməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı səslənən fikirlər bu təbliğatın bir hissəsidir və hər bir tərəf bu mövzuda öz yanaşmalarını və məqsədlərini ortaya qoyur". 

Oqtay Qasımov, politoloq

Onun sözlərinə görə, bu hadisə yaxın zamanlarda baş verməyəcək: 

"Düşünmürəm ki, Paşinyanın istefası ilə bağlı proseslər son dönəmlər ərzində reallaşsın. Çünki Ermənistandakı daxili siyasi vəziyyət və qüvvələrin güc nisbəti, o cümlədən, beynəlxalq şərtlər seçki prosesinin qısa müddətdə keçiriləcəyi ilə bağlı fərziyyələri reallığa çevirmir. Əlbəttə ki, bütün variantları nəzərə almaq. Xüsusilə Azərbaycan və Ermənistan arasında postkonflikt periodunda baş verən hadisələrdə müəyyən yeniliklər olsa, Rusiya-Ukrayna savaşında hansısa fərqli yanaşma tətbiq edilsə, sözügedən iddianın reallığa çevirilməsi zərurət doğuracaq". 

Müsahibimizin sözlərinə görə, bununla yanaşı, Ermənistan daxilindəki siyasi mübarizənin, xüsusən də, Paşinyan tərəfdarları ilə müxalifət qüvvələri arasındakı gərginliyin daha da dərinləşməsi, növbədənkənar seçkilərin keçirilməsini daha mümkün hala gətirə bilər.

"Xarici güclərin, xüsusən də Rusiya və qərb ölkələrinin mövqeyi, Ermənistanın daxili siyasətinə ciddi təsir göstərir və bu, seçki prosesinin vaxtını və şəraitini formalaşdıra bilər. Lakin, bu məsələlərin necə inkişaf edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir, çünki hər bir yeni hadisə və diplomatik dəyişiklik vəziyyəti yenidən təhlil etməyə vadar edir", - deyə Oqtay Qasımov qeyd edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri