Icma.az
close
up
RU
İsrailli ekspert: Paşinyanın hazırkı siyasəti Ermənistan üçün inqilabi dönüşdür

İsrailli ekspert: Paşinyanın hazırkı siyasəti Ermənistan üçün inqilabi dönüşdür

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasəti XIX əsrin 60-70-ci illərində yaranan erməni təşkilatlarının mövqeyindən köklü şəkildə fərqlənir. XIX əsrdə yaranan erməni hərəkatlarının əsas məqsədi mifik “böyük Ermənistan” yaratmaq olub. Bu ideologiya etnik təmizləmə və ərazi iddialarına əsaslanıb".

525.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İsrailin Yaxın Şərq üzrə eksperti Abraham Şmuleviç səsələndirib.

Onun sözlərinə görə, Paşinyan ekspansionist və aqressiv addımlardan imtina etməklə Ermənistan siyasətində inqilabi dönüş yaradıb. Bu addımlar Ermənistanın 2020-ci ildəki məğlubiyyətindən sonra mümkün olub və Paşinyanın realist yanaşmasını göstərir. Ekspert hesab edir ki, Ermənistan daxilində Paşinyanın rəhbərliyində olan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını dəstəkləyən qüvvələrin hakimiyyətdə qalması vacibdir. Əks halda, revanşist və hərbi ritorikanı dəstəkləyən qüvvələr yenidən güclənə bilər”.

Abraham Şmuleviç bildirib ki, Ermənistan iqtisadiyyatında İran və Rusiyanın xüsusi rolu var və Ermənistan üzərində xüsusi təsir imkanlarına malikdirlər: “İranda və Rusiyada elə qüvvələr var ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, Zəngəzur dəhlizinin açılmasını özləri üçün “ölümcül təhlükə” kimi qiymətləndirirlər. Bundan əlavə, İranda və Rusiyada yaşayan erməni diaspor nümayəndələri müxtəlif siyasi proseslərdə fəal iştirak edirlər. Xüsusilə Parisdə, Kaliforniyada fəaliyyət göstərən beynəlxalq erməni təşkilatları da “Türklərə qarşı sonuncu erməniyə qədər mübarizə” ideologiyasını davam etdirirlər. Onlar Nikol Paşinyan hakimiyyətini devirmək üçün hər cür vasitələrdən istifadə edərək regionda sülh prosesinə ciddi zərbə vura bilərlər”.

A.Şmuleviçin fikrincə, Ermənistanın stabilliyinin qorunması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır.

“Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə aid məsələlərin dəyişdirilməsi və sülh prosesinin uğurla davam etməsi üçün əvvəlcə mövcud sazişin köklənməsi və Paşinyan hökumətinin güclənməsi vacibdir. Erkən təzyiqlər sülh prosesinin pozulmasına səbəb ola bilər”, - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see234

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see162

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see119

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see118

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see118

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri