Icma.az
close
up
RU
Ermənistan siyasi burulğanın astanasında: Paşinyan kilsə gərginliyi artır

Ermənistan siyasi burulğanın astanasında: Paşinyan kilsə gərginliyi artır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistan növbəti dəfə daxili siyasi burulğanın astanasındadır. Baş nazir Nikol Paşinyanın bütün ermənilərin dini lideri II Qareginin iqamətgahı qarşısında mitinq keçirməsi gözlənilir. Bu addım cəmiyyətin dərin qatlarında yığılıb qalmış narazılıqları alovlandırmaqla yanaşı, dövlət-kilsə münasibətlərində görünməmiş bir qarşıdurmanı gündəmə gətirir.

Bu proses fonunda ölkədə siyasi səhnənin yeni oyunçusu kimi tanınmağa çalışan milyarder Samvel Karapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasından bəyanat verərək, yeni siyasi qüvvə yaradacağını bəyan edib. Bu təşəbbüsün gərginliyə tamamilə yeni çalar qatacağı isə şübhə doğurmur.

Paşinyanın kilsəyə qarşı hücum etdiyi, müxalifətin isə yenidən təşkilatlanmağa çalışdığı bir vaxtda Karapetyanın siyasi meydanda görünməsi ölkə daxilində balansları kökündən dəyişə bilər. Çünki bu, Ermənistanın gələcəyi uğrunda başlayan ideoloji və institusional mübarizənin ilk səhnəsidir. Yeni partiya həm kilsənin, həm müxalifətin, həm də narazı sosial təbəqələrin bir nöqtədə birləşməsinə səbəb ola bilər. Bu da Ermənistan cəmiyyətində dəyərlər, inanclar və dövlət idarəçiliyi arasında tarazlığı pozmaq təhlükəsini istisna etmir.

Qeyd edək ki, Paşinyan bir müddət əvvəl kilsə rəsmilərinin subaylıq andını pozduqlarını bildirib. Bu səbəbdən tərəflər arasında qarşıdurma şiddətlənib. Bu hadisə Ermənistanda dövlət və kilsə arasında gərginliyin yeni və təhlükəli mərhələyə keçdiyini göstərir. Əvvəllər daha çox kilsə tənqidlər səsləndirirdisə, indi siyasi güc, konkret olaraq baş nazir Nikol Paşinyan açıq şəkildə hücuma keçir. Bu, Ermənistan tarixində çox az rast gəlinən, lakin sarsıdıcı nəticələr doğura biləcək bir mərhələdir.

Görünür, Paşinyan kilsə rəhbərliyini nüfuzdan salmağa, onlara qarşı kompromat yaymağa və müasir Ermənistanın inkişafına mane olan köhnə institut kimi göstərməyə çalışır. Bu isə sadəcə bir siyasi manevr deyil, təşkilatlanmış qarşıdurmadır. Daha dəqiq desək, Ermənistanın gələcəyində kilsənin rolunu sıfıra endirmə cəhdidir. Paşinyanın kilsə rəsmilərini subaylıq andını pozmaqda ittiham etməsi və bunun ətrafında kompromat sızdırmaq planları, bu mübarizənin tək ideoloji deyil, etik və hüquqi çərçivəyə də daşınacağını göstərir. Bu, Paşinyanın uzunmüddətli strategiyasının bir hissəsidir - bununla kilsəni xalqın gözündən salmaq, dəstək bazasını zəiflətmək, onu mənəvi lider yox, korrupsiyalaşmış institut kimi təqdim etmək.

Lakin Ermənistan cəmiyyətində kilsə hələ də böyük mənəvi avtoritetə sahibdir və bu qarşıdurma nəticəsində dini çevrələrin siyasi fəallaşması ehtimalı artır. Əgər Paşinyan kilsəyə qarşı açıq hücum edərsə, bu dəfə kilsə də cavab mövqeyinə keçəcək.

Ermənistanda kilsə ilə siyasi hakimiyyət arasında qarşıdurma tarixən olub. Lakin bu dəfə fərqli cəhət var. Hücumun təşəbbüskarı hökumətdir. Daha əvvəl kilsə tənqid edirdi, indi hökumət hücuma keçir. Belə qalmaqallı və kəskin qarşıdurma ilk dəfədir ki, fiziki məkan, iqamətgah üzərindən aparılır. Bu qarşıdurma Ermənistan cəmiyyətində dəyərlər, inanclar və dövlət idarəçiliyi arasında balansı pozmaq potensialına sahibdir. Görünən odur ki, Paşinyanın geri çəkilmək fikri yoxdur. Bu da yalnız siyasi deyil, bütün sahələrdə Ermənistanı parçalanmaya gətirib çıxara bilər.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyul 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri