Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Paşinyan kilsə gərginliyi artır

Paşinyan kilsə gərginliyi artır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanda iqtidar-kilsə qarşıdurması davam edir. Əslində Paşinyan hakimiyyəti ilə kilsə arasında gərginlik xeyli müddətdir ki, mövcuddur, amma mayın sonlarından başlayaraq Ermənistanın Baş nazirinin erməni apostol kilsəsinin qanunsuz əməlləri ilə bağlı sosial şəbəkələr üzərindən paylaşımları qarşıdurmanı açıq müstəviyə keçirdi. İyunun 9-da isə Paşinyan sosial şəbəkədə bütün ermənilərin katolikosu II Qareginin könüllü olaraq subaylıq andını pozduğunu və övladının olduğunu yazıb: "Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, erməni apostol kilsəsinin qaydasına görə, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər. O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını boşaltmalıdır. Erməni apostol kilsəsinin inanclı davamçısı, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir surətinə və daşına hörmətlə yanaşan bir şəxs kimi bəyan edirəm: erməni apostol müqəddəs kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır. Bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikosluq seçkilərinə qədər yoxlanmalı və təsdiqlənməlidir. Mən müqəddəs erməni apostol kilsəsinin inanclı davamçılarını patriarx iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram".

Bu, Baş nazirin ruhanilərə ünvanladığı bir sıra ittiham və iradların kulminasiyası oldu.

Nikol Paşinyan, həmçinin  yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib. Müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib. Paşinyan deyib ki, Müqəddəs Eçmiəzdin Baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır: "Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir".

Göründüyü kimi, vəziyyət getdikcə daha da gərginləşir. Kilsə həmişə olduğu kimi, siyasi proseslərə qarışaraq revanşistlərlə birgə hərəkət edir. Nəzərə alsaq ki, gələn il Ermənistanda prezident seçkiləri keçiriləcək, o halda Paşinyanın narahatlıqları da başadüşüləndir. Bəs hadisələr necə inkişaf edəcək? Paşinyan kilsə ilə bağlı dəyişikliklərə nail ola biləcək?

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında gərgin münasibətlər uzun müddətdir ki, davam edir. Ötən il keşiş Baqratın rəhbərliyi ilə Paşinyana qarşı bir hərəkat başlamışdı. O zaman da Paşinyana müxalif olan qüvvələrin Baqratın ətrafında təmərküzləşməsi və bütövlükdə bu hərəkatın hakimiyyət dəyişikliyinə səbəb olması ilə bağlı məsələ gündəmdə idi. Amma belə məlum oldu ki, onda keşiş Baqrat bütövlükdə erməni müxalifətini ətrafında cəmləşdirə bilmədi. Müxalifət deyəndə, əsasən keşiş Baqrata onda dəstək verən qüvvələr Sarkisyan və Köçəryanın ətrafındakı qüvvələr idi və onların da bilavəsitə Rusiyanın təsir dairəsində olduqları məlumdur.

Deputat deyib ki, ümumiyyətlə erməni kilsəsi uzun müddətdir ki, Rusiyanın təsir dairəsindədir və Paşinyan da bunun fərqindədir: "O, bir neçə dəfə cəhd etdi ki, kilsəni öz nəzarətinə götürsün. Çünki müxalif qüvvələr Paşnyana ölkə daxilində elə bir ciddi təhdid törətmirlər, Paşinyanın elektoratı daha güclüdür və müxalifət faktiki olaraq ciddi elektorata malik deyil. Xüsusilə də keçmiş Qarabağ klanı öz potensialını tam olaraq tükədib, Rusiya da bunun fərqindədir ki, onların vasitəsilə Ermənistanda hər hansı hakimiyyət dəyişikliyinə getmək mümkün olmayacaq. Ona görə kilsə vasitəsilə Paşinyana təsir etmək imkanları qalırdı deyə, kilsə-Paşinyan qarşıdurması bu fonda baş verir. Paşinyan çalışdı ki, kilsəni öz nəzarətinə götürsün, amma buna nail ola bilmədi, ona görə də artıq bu mübarizə açıq müstəviyə keçib. Baş nazir kilsə rəhbərlərinə qarşı çox ciddi ittihamlar irəli sürüb və artıq vəziyyət o həddə gəlib çatıbdır ki, erməni katolikosu demək olar ki, istefa vermək məcburiyyəti qarşısında qalıb. Onun bu günlərdə istefa vermək ehtimalı böyükdür. O da məlumdur ki, erməni dövlətçilik ideologiyası uzun illər kilsədən qaynaqlanıb, kilsə daha çox ermənilik ideologiyasını, əslində faşizm ideologiyasını yaymaqla məşğul olub. Böyük Ermənistan, dənizdən-dənizə Ermənistan xülyası da elə kilsə tərəfindən formalaşıb və yayılıb. Bu illər ərzində də Ermənistanı əsas idarə edən qüvvələr bilavasitə kilsədən təsir göstərməklə ediblər".

A.Əlizadəyə görə, Paşinyan bütün bunların fərqindədir və artıq gələn il keçiriləcək parlament seçkilərində özünə ciddi maneə ola biləcək qüvvənin kilsədən idarə oluna biləcəyini ehtimal edir: "Çox doğru olaraq da bunu ehtimal edir. Ona görə də kilsəni ya tam olaraq nəzarətinə götürmək, ya da onun qüvvələrini tam olaraq sıradan çıxarmaq planı üzərində işlənilir, bu hədəf götürülüb. Hələ ki, görünən odur ki, Paşinyan bu məsələdə daha uğurlu görünür. Kilsə onun qarşısında geri çəkilmək məcburiyyətində qalıb. Çünki kilsəyə rəhbərlik edən ayrı-ayrı şəxslər barədə ciddi kompromotlar üzə çıxıb, Paşinyan bildirir ki, hələ daha ciddi kompromotlar var. Onların yayılacağı təqdirdə, kilsə rəhbərliyində olan şəxslər tam olaraq nüfuzlarını itirəcəklər. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan-kilsə qarşıdurmasında Paşinyan qalib tərəfdir və o, kilsənin təsir dairəsini tam olaraq sıradan çıxarmaqla gələn il keçiriləcək seçkilərdə özü üçün mövcud maneələri qabaqcadan ertələmək məqsədini güdür".

Deputat əlavə edib ki, Ermənistanda gələn il baş tutacaq seçki ərəfəsində mühit olduqca gərgin bir fazaya keçəcək: "Paşinyana qarşı olan qüvvələr daha çox kənardan, Rusiyadan idarə olunan qüvvələrdir. Amma görünən bundan ibarətdir ki, biz 2021-ci ildə şahidlik etdik ki, müharibədə böyük məğlubiyyətə uğrayan Paşinyan yeni seçkilərə gedərək qələbə qazandı. O zaman da Köçəryan çox ciddi şəkildə gündəmə gəlmişdir, hətta onun Moskvada Rusiya prezidenti ilə görüşü və ondan sonra Rusiya kanalında çıxış edərək seçkilərə qatılacağını bəyan etməsi bilavasitə hardan idarə olunmasına işarə idi. Amma Rusiya da onun fərqində oldu ki, Paşinyanı həmin dönəm üçün əvəz edəcək ciddi liderləri yoxdur. Çünki Köçəryan da, Sarkisyan da öz potensiallarını faktiki olaraq itiriblər, onlar Paşinyanın reytinqi nə qədər də aşağı düşsə də, onu əvəz etmək iqtidarında deyillər. Erməni cəmiyyətində əslində müharibə istəməyən bir təbəqə formalaşıb. Ona görə istəmirlər ki, müharibənin onlar üçün çox ciddi faciəvi sonluqla bitəcəyini başa düşürlər. Çünki faktiki olaraq erməni ordusu yoxdur, darmadağın olub, nə qədər də silahlandırsalar da, həmin silahlardan istifadə edəcək bir ordu yoxdur. Müharibə əleyhinə bir fikir formalaşıb. Paşinyanı əvəz etmək istəyən qüvvələr isə daha çox müharibə ritorikası ilə çıxış edən, revanşist planları olan qüvvələrdir. Onunla razıyam ki, Paşinyan əvvəlki reytinqə malik deyil, amma nə Avropanın Paşinyanı hakimiyyətə gətirən güclərinin, nə də Rusiya tərəfinin onu əvəz edə biləcək ciddi bir fiquru olmadığı üçün Paşinyanın üzərində dayanacaqları ehtimalı kifayət qədər yüksəkdir. Bu mənada hesab edirəm ki, digər müxalif qüvvələr Paşinyana qalib gələ bilməyəcəklər. Nə qədər də onun reytinqi aşağı olsa da, nüfuzu əvvəlki səviyyədə olmasa da, hələ ki, bu gün Paşinyan daha üstün görünür və seçkilərin nəticələrinə görə, onun növbəti dəfə qalib gəlmək imkanları daha çox görünür".

O ki qaldı Ermənistandakı müxaliflərin Paşinyan əleyhinə Azərbaycan amilindən, sülh prosesindən istifadə etmək cəhdlərinə, A.Əlizadə söyləyib ki, həmin revanşist qüvvələr Azərbaycanla sülhün əleyhinədirlər. Onlar sülh sazişinin imzalanmasının gecikdirilməsini istəyirlər. Amma revanşist qüvvələr bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan regionda yeni reallıqlar yaradıb. Hansı ritorika ilə danışmaqlarından, necə silahlanmalarından, haradan idarə olunmaqlarından asılı olmayaraq, Ermənistanın Azərbaycan üzərində hansısa formada bir üstün formaya keçməsi mümkün deyil, ona görə də bütün cəhdlər nəticəsiz olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri