Icma.az
close
up
RU
Ermənistan ŞOKDA: Karapetyan bütün var KONKRET

Ermənistan ŞOKDA: Karapetyan bütün var KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Erməni iş adamı Samvel Karapetyan dövlətə xidmət etmək və Ermənistan vətəndaşlarının həyatını yaxşı tərəfə dəyişmək niyyətində olduğunu bəyan edib. İrəvanın Azadlıq meydanında keçirilən izdihamlı mitinq iştirakçılarına video müraciət ünvanlayan “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samvel Karapetyan biznes fəaliyyətindən uzaqlaşaraq tamamilə siyasətə fokuslandığını bildirib.

KONKRET.az xəbər verir ki, Karapetyan müraciətində bu sözləri qeyd edib: “Mən tərəfimdən yaradılmış ən böyük erməni biznes şirkətinin idarəçiliyini övladlarıma təhvil verirəm. Özüm isə dövlətə xidmət edəcəyəm və Ermənistan vətəndaşlarının həyatını yaxşılığa doğru dəyişmək üçün çalışacağam. Dəyişiklik vaxtı gəlib çatıb, tezliklə mən sizinlə olacağam. Ədalət və güclü Ermənistan qalib gələcək”.

Məşhur “Taşir” şirkətlər qrupunun təsisçisi və sahibi olan Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası Milli Assambleyaya keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Ermənistanda parlament seçkiləri iyunun 7-nə təyin edilib. Artıq seçkilərdə iştirak edəcəyini rəsmən açıqlayan tərəflər arasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası, ikinci prezident Robert Köçəryanın “Ermənistan” bloku və Samvel Karapetyanın “Güclü Ermənistan” bloku yer alır.

Eyni zamanda, digər tanınmış iş adamı Qaqik Tsarukyanın “Ermənistan üçün təklif” təşəbbüsü çərçivəsində (format hələ dəqiqləşməyib) seçkilərə qatılacağı gözlənilir. Keçmiş ombudsman Arman Tatoyanın “Birlik qanadları” təşəbbüsü və birinci prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi də mübarizəyə qoşulacağını bəyan edib. Milli Konqresin namizədi kimi Levon Zurabyan irəli sürülüb. İrəvanın keçmiş merı Hayk Marutyanın rəhbərlik etdiyi “Yeni Qüvvə” partiyası isə baş nazir postuna məhz Marutyanın namizədliyini irəli sürüb.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Aprel 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri