Icma.az
close
up
RU
İki Karapetyan Paşinyana qarşı KONKRET

İki Karapetyan Paşinyana qarşı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Həbsdəki milyarderin baş nazirliyə namizədliyi mümkün deyil, onun yerini baş nazir olmuş adaşı tuta bilər

“Bu yay Ermənistanda baş verən təlatümlü hadisələr yeni müxalifət hərəkatının yaradılması məsələsini aktuallaşdırıb. Yerli ekspertlər ötən ilin yazında Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə”ni (keçmiş “Vətən naminə Tavuş”) əvəz edəcək daha güclü siyasi birliyin olacağını proqnozlaşdırırlar”.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, yekramas.org saytı öz təhlil yazısında belə qeyd edib.

Bildirilir ki, iyunun 18-də rusiyalı milyarder Samvel Karapetyanın hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı ilə həbsi ictimai-siyasi sahədəki status-kvonu əsaslı şəkildə sarsıdıb.

“Samvel Karapetyan başqa ölkənin vətəndaşı olduğu üçün rəsmi olaraq təklif olunan müxalifət siyasi birliyinin lideri ola bilməz. Milyarderin qardaşı oğlu, ESA-nın Direktorlar Şurasının sədri Narek Karapetyan “biz bu məsələ ilə bağlı açıqlamalar verəcəyik. İctimaiyyəti maraqlandıran bütün suallara cavab veriləcək”, – deyib. Narek Karapetyanın özü də bir gün əvvəl Ermənistan İstintaq Komitəsinə dindirilməyə çağırılıb. “Taşir”in sahibi mütəmadi olaraq istintaq təcridxanasından vəkilləri vasitəsilə mesajlar göndərir. Onlardan birində o, siyasi qüvvə formalaşdırdığını və müxalifətin onun ətrafında birləşməsini bəyan edib”. Sayt yazır ki, Samvel Karapetyanın elan etdiyi yeni hərəkatın bayrağı altında qüvvələrin birləşdirilməsi və onun özünün formalaşması çox vaxt aparacaq.

Yəqin ki, indiki mərhələdə güman edilən “fundamental yeni qüvvə”nin potensialının (kəmiyyət və keyfiyyət) spesifik parametrləri haqqında danışmaq tezdir. Ermənistan Apelyasiya Məhkəməsi Samvel Karapetyanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin qüvvədə saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edərkən Taşir rəhbərinin tərəfdarları İrəvanın mərkəzinə mitinqə toplaşıblar. Müxtəlif hesablamalara görə, etiraz aksiyasında iştirak edənlərin sayı 7500-10000 nəfər arasında olub.

Respublikanın siyasi reallığı üçün bu, nə çox, nə də azdır. Yada salmaq olar ki, 2024-cü il mayın 9-da Baqrat Srbazan İrəvanın tam mərkəzindəki Respublika meydanında təxminən 40-45 min nəfərlik mitinq toplamışdı. Ancaq bir neçə aydan sonra dəstəkçilərin sayı əhəmiyyətli dərəcədə azaldı – ən yaxşı halda mitinqlərdə 2-2,5 min iştirak edirdi. Samvel Karapetyanın yaxın çevrəsi hələ də öz sirlərini açıqlamasa da, erməni mətbuatı iddia etdi ki, Karapetyanın komandasında siyasi qüvvənin formalaşdırılması işinə artıq başlanılıb”. Amma bu cür iddialar reallıqdan çox uzaq görünür. Ermənistan müxalifətinin respublika daxilində media resursları çatışmazlığı yoxdur. Üstəlik, yerli hakimiyyət opponentlərinin informasiya və təbliğat üstünlüyünə nail olmasından şikayətlənir.

Politoloq Akop Badalyan hesab edir ki, Samvel Karapetyan siyasi baxımdan deyil, resurslar baxımından kifayət qədər güclü fiqurdur. Ekspert xatırladır ki, Ermənistanda ciddi maliyyə imkanları olan birinin siyasi amilə çevrilməsi birinci dəfə deyil. Müəyyən dövrlərdə belə amil yerli iri biznesmen, Çiçəklənən Ermənistan Partiyasının (ÇİP) lideri Qaqik Tsarukyan olub. O, hələ də Ermənistan cəmiyyətində ciddi nüfuza malikdir, lakin bütün son sorğular onun reytinqinin davamlı olaraq aşağı düşdüyünü göstərir. Bu partiya vaxtilə parlamentində təmsil olunub. İndi isə o lazım olan seçki baryerini keçmir və radikal müxalifətdən uzaqlaşıb”.

Erməni mediasının iddiasına görə, əhalinin təxminən 60-70 faizi heç bir siyasi qüvvəyə inanmır: “Bunu sorğular da sübut edir. İndi belə bir sual yarana bilər: Samvel Karapetyan tərəddüd edən kütlənin səslərini qazana bilərmi? Bu kütlə həqiqətən də hakimiyyət üçün ciddib riskdir.”

Bildirilir ki, Paşinyanın əsas sosial dayağı kənd seçiciləridir, amma qarşıdan gələn parlament seçkilərinin nəticələrinə görə hakim partiyanın “50%+1” səs zolağına çıxması hələ illüziya olaraq qalır: “Gümrüdə cəmi 111 min seçici yaşayır, İrəvanda isə təxminən bir milyonu var və 2023-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra hakim partiya paytaxtı “ələ keçirib”. Ölkədəki bütün seçicilərin təxminən 35%-i Ermənistan paytaxtında yaşayır. İstənilən halda, rəhbərliyin tərkibi açıqlananda və onun lideri meydana çıxanda “əsaslı yeni qüvvə”nin perspektivlərini qiymətləndirmək mümkün olacaq. Ermənistan müxalifəti əvvəlki parlament seçkilərində hər dəfə uğursuzluzluqla üzləşib. İkili vətəndaşlığı olan Samvel Karapetyanın özünün də bu vəzifəyə şəxsən namizədliyini irəli sürmək imkanının olmadığını nəzərə alsaq, bəzi yerli analitiklər hələ də iddia edirlər ki, uyğun namizəd tapmaq çətin olmayacaq. Bu, ya geniş ictimaiyyətə o qədər də tanınmayan şəxs ola bilər, ya da çox tanınmış biri, məsələn, respublikanın keçmiş baş naziri Karen Karapetyan…”

Xatırladaq ki, 2018-ci ilin yazında “məxməri inqilab”dan sonra Ermənistan siyasətindən uzaqlaşan Karen Karapetyan adaşının həbsi ilə bağlı artıq iki bəyanatla çıxış edib. Karen Karapetyan hesab edir ki, “Samvel Karapetyanın həbsi biabırçı, qəbuledilməz və vicdansız qərardır”.

Karen Karapetyan vaxtilə eks prezident Serj Sərkisyanın “varisi” kimi görünürdü. Yeddi il Ermənistanda siyasi hadisələrin episentrindən kənarda qalıb “formasını itirmək” mümkün deyil. Üstəlik, iki Karapetyan tandeminin seçim mövqeyini müəyyənləşdirməyən 60-70%-i öz tərəflərinə çəkmək mürəkkəb görünür. Onun üstünlüyü yeni müxalifət qüvvələrinin formalaşmasına dəstək ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyul 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri