Icma.az
close
up
RU
Ermənistan sülh istəyirsə, konstitusiyasını və Minsk qrupuna münasibətini dəyişməlidir Deputat

Ermənistan sülh istəyirsə, konstitusiyasını və Minsk qrupuna münasibətini dəyişməlidir Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vətən müharibəsindəki qələbəmizdən sonra bölgədə tamamilə yeni reallıqlar formalaşıb və bu reallıqlar fonunda Azərbaycanın siyasi və diplomatik nüfuzu əhəmiyyətli dərəcədə artıb".

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov Redaktor.az-a açıqlamasında bildirdi. O, qeyd etdi ki, Azərbaycan bu reallıqlar fonunda Ermənistanla sülh müqaviləsinin imzalanması üçün konkret şərtlər irəli sürüb:

“Vətən müharibəsindəki qələbəmizdən sonra təbii ki, Azərbaycan bölgədə yeni reallıq yaradıb və ölkəmizin, eləcə də ölkə prezidentimiz cənab İlham Əliyevin nüfuzu qlobal səviyyədə qat-qat artıb. Təbii olaraq, yeni reallıqlar fonunda Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması üçün müəyyən şərtlər irəli sürüb. Qarşılıqlı şəkildə bu məsələ uzun müddət danışıqların predmetinə çevrilib və artıq 17 müddəanın razılaşdırılması məsələsi həll olunub. Hazırda isə iki əsas məsələ ilə bağlı Azərbaycan Ermənistanın qarşısında konkret şərtlər qoyub”.

Millət vəkilinin sözlərinə görə, bu məsələlərdən birincisi Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiası ilə bağlı maddənin çıxarılmasıdır.

“Həmin maddə hələ də Azərbaycana qarşı ərazi iddiasını əks etdirir. İkincisi isə ATƏT-in Minsk qrupunun tam ləğv olunması məsələsidir. Onsuz da bu qurum faktiki olaraq fəaliyyət göstərmir və onun saxlanması üçün heç bir əsas qalmayıb. Ölkə başçımız da dəfələrlə Minsk qrupuna münasibətini açıq şəkildə ifadə edib. Bu, artıq Ermənistanın qarşısında qoyulmuş konkret tələblərdir. Əgər Ermənistan doğrudan da dövlətlərarası sülh müqaviləsinin imzalanmasını istəyirsə, rasional və praqmatik qərarlar qəbul etməlidir. Əks halda, Ermənistanın baş naziri və komandası nə qədər sülhdən danışsa da, real addımlar atılmadığı üçün sülh müqaviləsinin imzalanması hələ də baş tutmur. Bu səbəbdən həmin məsələlər müqavilənin bağlanmasına maneə olaraq qalır və Ermənistan bu iki əsas məsələni mütləq şəkildə həll etməlidir”, - deyə o vurğuladı.

Vüqar İskəndərov əlavə etdi ki, sülh prosesinin qarşısında dayanan digər əsas məsələ Zəngəzur dəhlizidir:

“Ermənistan bu məsələdə də apardığı siyasətlə ölkəsini çıxılmaz vəziyyətə salıb. Bu məsələ də mütləq öz həllini tapmalıdır. Dəhliz açılmalı və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla maneəsiz keçid təmin olunmalıdır. Bu da Ermənistanın qarşısında duran vacib məsələlərdən biridir və onun da həlli zəruridir”.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri