Icma.az
close
up
RU
Ermənistan sülh istəyirsə, niyə silahlanır?

Ermənistan sülh istəyirsə, niyə silahlanır?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın son illərdə həyata keçirdiyi silahlanma proqramı diqqət mərkəzində qalmaqda davam edir. İrəvan xüsusilə Hindistan və Fransadan aldığı "Pinaka" reaktiv yaylım atəşi sistemləri, "Akash" hava hücumundan müdafiə kompleksləri, CAESAR özüyeriyən haubitsaları, radar və digər hərbi texnikalar hesabına ordusunun imkanlarını gücləndirməyə çalışır.

Ermənistanın sürətli silahlanması region üçün yeni təhlükəsizlik riskləri yaradıb-yaratmadığı isə diqqətçəkən məqamdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a açıqlamasında bildirib ki, uzunmüddətli sabitliyin təmin olunması təkcə hərbi balansın qorunmasından deyil, həm də siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın artırılması və sülh prosesinin inkişafından asılıdır:

"Hər hansı dövlətin silah alması və müdafiə qabiliyyətini gücləndirməsi özlüyündə avtomatik olaraq münaqişə yaratmır. Lakin tərəflər arasında etimadın aşağı olduğu şəraitdə intensiv silahlanma təhlükəsizlik risklərini artıra bilər. Bu gün regiondakı ümumi təhlükəsizlik mühitini nəzərə alsaq, Ermənistan 2020-ci il müharibəsindən sonra silahlı qüvvələrinin yenidən qurulmasını və modernləşdirilməsini əsas məqsədlərindən biri kimi müəyyən edib. Eyni zamanda İrəvan Rusiyadan hərbi asılılığını azaltmağa çalışır, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmaq istiqamətində addımlar atır. Bu səbəbdən Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə üstünlük verir".

Arzu Nağıyevin sözlərinə görə, Ermənistan artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri, müxtəlif radarlar, reaktiv yaylım atəşi sistemləri və digər hərbi texnikalar əldə edir. Bu addımlar həm ordunun modernləşdirilməsi məqsədi daşıyır, həm də Ermənistan cəmiyyətinə dövlətin müdafiə imkanlarını gücləndirdiyini göstərməyə hesablanıb.

Komitə sədri hesab edir ki, Ermənistanın silahlanmasının region üçün təhlükə yaradıb-yaratmadığını birmənalı şəkildə söyləmək çətindir:

“İstənilən dövlət öz müdafiə qabiliyyətini artırmaq hüququna malikdir. Ancaq silahlanma ilə paralel olaraq dialoq və danışıqlar zəifləyirsə, bu, müəyyən gərginlik yarada bilər. Burada əsas məsələ təkcə silahların alınması deyil, onların hansı hərbi-siyasi strategiya çərçivəsində istifadə olunacağıdır”.

Deputat qeyd edib ki, Ermənistanın sürətli silahlanmasının əsas səbəbi Azərbaycan deyil:

“Bu prosesin arxasında Rusiyadan hərbi asılılığın azaldılması, müdafiə sahəsində tərəfdaşlığın şaxələndirilməsi, gələcək təhlükəsizlik risklərinə hazırlıq və 2020-ci il müharibəsi ilə sonrakı hərbi əməliyyatlardan sonra ordunun döyüş qabiliyyətinin artırılması məqsədləri dayanır. Azərbaycan isə bütün bu prosesləri diqqətlə izləyir və təhlil edir”.

Arzu Nağıyev vurğulayıb ki, Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri də cəmiyyətin müharibədən deyil, sülhdən yana olduğunu göstərir:

“Azərbaycan Ermənistanla humanitar istiqamətdə əməkdaşlığın genişləndirilməsində və dialoqun davam etdirilməsində maraqlıdır. Əsas gözləntilərimizdən biri Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bu addımdan sonra regionda davamlı sülhün təmin olunması üçün daha əlverişli şərait yaranacaq. Azərbaycan bütün ssenarilərə hazırdır. Bizim həm sülhü qurmaq, həm də onu qorumaq üçün kifayət qədər siyasi iradəmiz və gücümüz var”.

Hərbi ekspert Ədalət Verdiyev isə söyləyib ki, Ermənistanın silahlanması regionda yeni risklər yarada bilər:

“Ermənistanın son zamanlar əldə etdiyi silahlar əsasən Hindistandan idxal edilir. Burada Fransa və İran silahlarına da rast gəlirik. Silahların böyük bir hissəsi hücum silahlarıdır. Təbii ki, hər bir silah müharibə və döyüş əməliyyatlarında da istifadə üçün nəzərdə tutulur. Nəzərə alsaq ki, 30 illik işğal tarixinə malik ölkədir, o zaman Ermənistanın silahlanması regionda yeni risklər yarada bilər. Ermənistanın silahlanması ilk növbədə Vətən Müharibəsi və ondan sonrakı döyüş əməliyyatları zamanı məruz qaldığı itkilərin yerini doldurmağa hesablanıb. Ermənistan yeni silahlar almaqla öz hərbi potensialını qismən də olsa bərpa etməyə çalışır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri